Page 130 - Pure Life 11
P. 130

Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /129

               “Sosial şəbəkədə Başqasıyla Tanış Olan Qadını əri
               öldürmək üçün Axtarır”
               “Təmiz  dünya”  İctimai  Birliyinin  sədri  Mehriban
               Zeynalova  mövzuyla  əlaqədar  təcrübəsində  baş  vermiş
               ailədaxili  münaqişələrdən  danışır.  Hadisə  rayonların
               birində baş verib.
                  Qadının  əri  evliliklərinin  elə  ilk  həftəsində  qızı  evdə
               qoyub Rusiyaya gedir. Evdə tək qaldığından qayınanasıgil
               gəlin əriylə internet üzərindən danışsın deyə evə kompüter
               alır.  “Facebook”da  qeydiyyatdan  keçən  qız  bir  oğlanla
               tanış olur. Bİr müddət danışıb dərdləşirlər. Qız ərinin onu
               qoyub getdiyini və tək darıxdığını deyir.
                  Həmin  oğlan  da  başlayır  bu  qıza  sevgidən,  eşqdən
               danışmağa. Beləcə, qızı ələ alır. Və bir gün qız bu oğlana
               görə,  evdən  qaçır.  Təsadüfən  polis  onların  olduqları
               məkanda  reyd  keçirir  və  qız  aşkarlanır.  Hüquq  mühafizə
               orqanları  qızı  göndərdilər  bizim  sığınacağa.  Burda
               psixoloji  və  digər  yardımları  göstərmək  istəsək  də,
               qohumlarının basqısıyla qız evinə qayıtdı.
                  Sonra  eşitdik  ki,  əri  təcili  Rusiyadan  qayıdıb.  Qızın
               ailəsi baş vermiş hadisəni oğlanın ailəsindən gizlətsə də,
               oğlan  məsələni  öyrənir  və  qızı  öldürməklə  hədələyir.
               Atasının  evində  bir  müddət  qalandan  sonra  o  qız  yenə
               evdən qaçdı. Hazırda qızın harda və kiminlə olduğu haqda
               heç bir məlumat yoxdu.
                  M.  Zeynalova  oxşar  hadisənin  yaxın  vaxtlarda  başqa
               rayonda  da  baş  verdiyini  deyir.  O  bildirir  ki,  sosial
               şəbəkələrdən  birində  başqasıyla  tanış  olan  qadın  evdən
               qaçıb. İndi əri onu öldürmək üçün axtarır. Və bütün kənd
               camaatı qadının öldürülməsini dəstəkləyir.
                  Təcrübəsində  bu  kimi  hadisələrə  çox  rast  gəlib.  İnternet
               ondan düzgün istifadə etməyənlər üçün bir tələdir. Nəinki evli
               qadınlar, hətta subay qızlar da internetin qurbanına çevrilir.
   125   126   127   128   129   130   131   132   133   134   135