Page 136 - Pure Life 11
P. 136

Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /135

                  Hətta sosial şəbəkələrdən istifadə gündəlik iş rejiminə də
               ös  təsirini  göstərməyə  başlayıb.  Belə  ki,  Britaniyada
               firmalarda  işçilərin  bu  cür  sosial  şəbəkələrdə  bütün
               vaxtlarını  keçirmələri  sayəsində  hər  gün  firmaların  263
               milyondan çox dolları itirdiyi hesablanıb ki, nəticədə şirkət
               bu  cür  şəbəkələrə  girişi  bağlayıb.  Bu  isə  işdən  çıxanların
               sayının  artmasına  səbəb  olub.  Demək,  bu  gün  insanlar
               sosial şəbəkədən istifadə üçün işini belə itirməyə razıdır.
                  Bütün  dünyada  olduğu  kimi  Azərbaycanda  da  sosial
               şəbəkələrə maraq gündən-günə artır. Bəziləri üçün sosial
               şəbəkə  gündəlik  həyatın  mühüm  tərkib  hissəsi,  digərləri
               üçün  isə  vaxt  itkisi  anlamına  gəlir.  İnsanlar  müxtəlif
               məqsədlər  üçün  onlardan  yararlanır.  Son  zamanlar
               istifadəçilərin sayı ilə yanaşı fəallığı da artıb və hətta bu
               gün  ölkəmizdə  də  bəzi  iş  yerlərində  gündəlik  iş  rejminə
               mane  olduğu  üçün  sosial  şəbəkələrdən,  o  cümlədən
               Facebook-dan  istifadə  qadağan  edilib.  Bununla  yanaşı,
               sosial  şəbəkələrdən  məhz  iş  məqsədilə  faydalanların  da
               sayı az deyil.
                  Uşaqların     nəinki     sosial    şəbəkədə,     internetdə
               informasiya  təhlükəsizliyinin  qorunması  ilə           bağlı
               təhlükələr var
                  Ümumiyyətlə,  bu  gün  sosial  şəbəkələrdən  istifadəyə
               münasibət        fərqlidir.     Multimedia        Mərkəzinin
               direktoru Osman  Gündüz bildirdi  ki,  sosial  şəbəkələrə
               yanaşması müsbətdir:
                  "Sosial  şəbəkənin  sayının,  insanların  ona  marağının
               artması  Azərbaycan  internetinin  inkişaf  göstəricilərindən
               biridir.  İnternet  istifadəçilərinin  sayı  artdıqca,  onların
               internetdə  olan  müxtəlif  sahələrə,  o  cümlədən,  sosial
               şəbəkələrə münasibəti artır.
                  Burada  müxtəlif  qruplar  yaranır,  müxtəlif  maraqları
               olan insanlar toplaşır və müəyyən məsələlərin müzakirəsi,
   131   132   133   134   135   136   137   138   139   140   141