Page 141 - Pure Life 11
P. 141

/
                  (

               140  PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
               Giriş
               İnternet    artıq  həyatımızın  vazgeçilməz  halına  gəlib.
               Özünü  tək  hissedən  bir  çox  insan  çarəni  virtual  mühitdə
               axtarır.  Ancaq  mütəxəssislər  internet  asılılğının  ictimai
               həyatdan  qopmasına  səbəb  olduğunu  bildirir.  Dostluq
               saytları, əyləncə saytları, oyunlar və s. Artıq bir çox insan
               vaxtının böyük hissəsini kompüter qarşısında keçirir.
                  İnternet vasitəsilə olan evliliklərdə aldatmalara tez-tez rast
               gəlinir.  Belə  ki,  artıq  bir  çox  evli  cütlüklərin  eyni  evdə  iki
               kompüteri  var.  Qadın  ayrı  bir  kompüter,  kişi  ayrı  bir
               kompüterdə  virtual  mühitdə  vaxt  keçirir.  Yaxud  mobil
               versiyalar ilə internetə bağlanmalar daha sürətli və asan olub.
                  Amma  diqqət  etmək  lazımdır  ki,  virtual  aləmdən
               istifadə  düzgün  və  müsbət  yönə  yönləndirilə  bilər.  Bu
               sahədə, dini təhsilin öz güclü rolu var. Ali İmran surəsində
               buyurulduğu  kimi,  dini  qorumaq  və  islam  maarifini
               yaymaq  üçün  “sürətli  atlardan”  istifadə  etməyin
               əhəmiyyətini vurğulamaqla, Qurani-kərim  bir növ, sanki,
               bu  günümüzdəki  sürətli  və  daha  üstün  olan  media
               vasitələrindən  bəhrələnərək,  dini  maarifin  yayılmasına
               diqqət çəkir.
                  Belə ki, virtual təhsil və maarifləndirmə vasitəsilə, istər
               elmi cəhətdən, istər əxlaqi aspekdən və istərsə də ailələlərin
               möhkənlənməsindəki           fikri-mənəvi        yönləndirmə-
               qidalandırma  baxımından  yüksək  rol  oynaya  bilər.  Bu
               haqda məqalədə geniş məlumat və araşdırma verilib.

               Sosial Mediya və Ondan Istifadə Əxlaqının Ailəyə Təsiri
               Əvvəllər  boşanmaların  sayı  ciddi  səbəblərdən  olurdu
               amma son dövrlərdə bəzi gülünc səbəblərdən də ailələrin
               boşanması  hallarına  rast  gəlirik.  Son  dövrlər  diqqətinizə
               çatdırım  ki,  bir  çox  hallarda  bir-birini  xəyanətdə  ittiham
               edirlər. Bu xəyanətin də əsaslı sübutu və dəlili yoxdur.
   136   137   138   139   140   141   142   143   144   145   146