Page 138 - Pure Life 11
P. 138

Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /137

                  Mən  özüm  də  bəzən  sosial  şəbəkələrdən  istifadə
               edirəm.  Hətta  tələbəm  məndən,  onu  dostluğa  qəbul
               etməmi istəyir və mən ona deyirəm ki, sənin evdə körpən
               var. Sən mənlə danışmağa vaxt ayırsan, ona kim baxacaq?
               Görürsən ki, gənc qadındı, körpə uşağı var, amma vaxtının
               böyük  bir  hissəsini  sosial  şəbəkədə  keçirir.  Yəni,  bir
               xəstəlik kimi aludəçilik meydana gəlib. Bu tendensiya özü
               də təhlükəlidir".
                  Sosioloq  onu  da  vurğuladı  ki,  ümumiyyətlə,  sosial
               şəbəkədən  insanlar  informasiya  almaq  məqsədilə  istifadə
               edə  bilər.  Yaxud,  uzun  müddət  görə  bilmədiyi  bir
               dostundan hal-əhval tutmaq üçün istifadə edə bilər, amma
               vaxtının  böyük  bir  hisəsini  ona  ayırmaq,  ailəsini  bir
               kənara  qoyub  onu  unutmaq,  bəzi  hallarda  orada  təsadüfi
               tanışlıq  nəticəsində  virtual  bir  sevgi  yaşamaq,  xüsusilə,
               evli insanlar üçün çox təhlükəli tendensiyadır:
                  "Amma eyni zamanda gənclər var ki, internet vasitəsilə
               evləniblər,  bunlar  arasında  bizim  dostlarımız  da  var  və
               xoşbəxtdirlər. Yəni, bunu ümumiləşdirmək doğru deyil ki,
               internet  vasitəsilə  evliliklərin  çox  mənfi  təsirləri  var.
               Müsbət rəqəmlər, faktlar da var. Sadəcə, evli ailələr, cütlər
               üçün  vaxtının  böyük  bir  hissəsini  sosial  şəbəkələrdə
               keçirmək təhlükəlidir".
                  Sosial şəbəkədən istifadə nəticəsində ailənin dağılması
               kimi  halların  dünyanın  bir  çox  yerlərində,  o  cümlədən,
               Rusiya,  Türkiyə  və  digər  ölkələrdə  də  olduğunu  deyən
               Ə.Süleymanovun  sözlərinə  görə,  son  zamanlar  bizdə  də
               Facebook  istifadəçilərinin  sayı  çoxalıb  ki,  burada  ev
               xanımları, ailəli kişilər də var:
                  "Təbii ki, bu tendensiya bizdə də özünü biruzə verəcək.
               Bunun  qarşısını  almaq  isə,  elmi  və  maarifləndirici
               üsullarla mümkündür".
   133   134   135   136   137   138   139   140   141   142   143