Page 169 - Islamic Studies 01
P. 169
,
168) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Onun fikrincə, mədəniyyətlər arasında fərqlilik psixologiya
sahəsində mədəniyyət yönümlü nəzəriyyənin irəli sürülməsini
zəruri edir. Bu da, psixologiyanın şəxsiyyət, inkişaf, ailə, ruhi
pozuntular və xəstəliklər kimi mövzularında mədəniyyət
yönümlü nəzəriyyənin və cəmiyyətin mədəniyyətinə uyğun
addım atılmasını labüd edir. Ponterotto Roto və həmkarları
apardıqları təhqiqatlarda nəticə əldə etdilər ki, psixologiyanın
müxtəlif mövzularını müxtəlif cəmiyyətlərdə yaşayan fərdlərin
mədəniyyətlərinə uyğun şəkildə araşdırmaq lazımdır.
Günümüzdə, psixoloqlar sürətlə mədəniyyət yönümlü
nəzəriyyələrə üz tuturlar. Mədəniyyət dedikdə isə, hər bir
millətin tarix boyu əldə etdiyi adət-ənənələr, ictimai normalar,
yaşam tərzi, fərdlərin müştərək inancları kimi mənədiyyətlər
nəzərdə tutulur. Cəmiyyətin mədəniyyətinə uyğun psixologi
nəzəriyyələtin kəşf edilməsinin labüdlüyünə görə, günümüzdə
psixologiyanın müxtəlif növ reseptlərinə şahid oluruq.
Psixologiyanın mədəni aspekti
Mədəniyyət yönümlü psixologiya fərdlər və cəmiyyətlər üçün
hüdudlar təyin edir və bu hüdud və çərçivə əsasında
cəmiyyətin şəraiti və ehtiyacları müxtəlif reseptlərdə təqdim
edilsin. Biz, burada bunların bir neçə nümunəsinə işarə
edəcəyik: