Page 165 - Islamic Studies 01
P. 165

,
               164) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
                Nəticə

                Müştərək həyatın və ailə səmərəliliyinin amillərindən biri də
               qarşılıqlı sevgi və məhəbbətdir. Ailə üzvləri, xüsusən də
               cütlüklər bir-biri ilə müsbət, konstruktiv şəkildə və pozitiv

               baxışla ünsiyyət qurduqda, onların ailə ocağı da sağlam və
               səmərəli olacaqdır. Şirin və zövqlü həyat axtarışında olan
               cütlük həyat yoldaşına pozitiv və nikbin baxışla baxır, onun

               müsbət tərəflərini nəzərə alır, qüsur və çatışmazlıqları
               görməzliyə vuraraq həyatı və davranışları daim gözəl görür,
               bəzən bəziləri hətta qüsurları belə yaxşı və müsbət görür.

                Bradford  (1983)  15  yaşdan  yuxarı  351  cütlüyü  sorğu-suala
               çəkərək  onlardan  niyə  birlikdə  yaşadıqlarını  soruşdu.  Bu
               araşdırmanın  nəticələri  müştərək  həyatın  davam  etməsində

               aşağıdakı amillərin təsirli olduğunu göstərdi:
                a)  Həyat yoldaşına müsbət münasibət;

                b)  Evliliyin müqəddəs bir şey və əbədi bir öhdəlik olduğuna

                    inanmaq;

                c)  Məqsəd və istəklərin oxşarlığı;

                d)  Cinsi əlaqədən məmnunluq.

                Pozitiv  baxışla  birbaşa  əlaqəli  olan  şeylərdən  biri,  bir-
               birlərinin davranışlarını və çıxışlarını səhv başa düşmənin və

               yanlış  anlamanın  meydana  gəlməsidir.  Anlaşılmazlıq  ailə
               üzvlərinin  əlverişli  münasibətlərini  pozur  və  narahatlığına
               səbəb  olur.  Ailə  mübahisələrinin  əsas  səbəblərindən  biri

               anlaşılmazlıqdır və bu cür anlaşılmazlıq və yanlış təsəvvürlərlə
               mübarizənin ən yaxşı yolu nikbinlikdir. Nikbinlik yaratmaqdan
   160   161   162   163   164   165   166   167   168   169   170