Page 170 - Islamic Studies 01
P. 170
İslam psixologiyası / (169
Feminist psixologiyası
Feminist psixologiyası mədəniyyət yönümlü psixologiyanın ən
bariz nümunələrindən biridir. Feminist psixoloqları hər zaman
psixologiyanın qədim nəzəriyyələrini inkar edərək özlərinin
yeni nəzəriyyələrini irəli sürürlər. Bu nəzəriyyə isə feminizm
dəyərlərini təşkil edir. Feminist psixologiyanın hədəfi, qadının
cəmiyyətdəki rolunu daha da qabartmaqdır. Bu nəzəriyyənin
1
tarixi kökləri isə Karen Hornayın fikirlərinə qayıdır. Bu
sahədə də müxtəlif kitablar yazılmışdır. Onlardan biri də
Reymer və Han Ou-nun yazdığı “Müşavirədə Feminist Əsaslı
Müalicə” kitabıdır. Bundan əlavə Ensin və həmkarlarının
yazdığı “Feminizmin multikulturalizm psixologiyası:
Dəyişiklik, təkamül, uğursuzluq” kitabını göstərmək olar.
Kommunist psixologiyası
Sovet hakimiyyətinin kommunizm ideologiyası özünün ən
qüdrətli zamanlarında kominizmi fəlsəfəsinə uyğun
psixologiyanı təsis etməyə və onun əsasını qoymağa səy
göstərdi. Bu mərhələdə kommunist psixologiya sahəsində
nəinki nəzəriyyələr irəli sürüldü, hətta bu məktəbdə çox güclü
alimlər yetişdi və onlar da böyük elmi dəyişiklikləri cəmiyyətə
təqdim edi. Günümüzdə də, bəzi psixoloji təhqiqatlarda onları
bəzilərinə istinad edilməkdədir. 2
Kommunist rejiminin irəli sürdüyü dəyərlər isə, ictimai,
iqtisadi, siyasi və tarixi amillərin insan şəxsiyyətinin
formalaşmasında rolunun əvəzedilməz olmasıdır. Erik Froum
kommunizm və sosializm təfəkkürlərindən təsirlənərək,
2. Bəhrami, Hadi, Tənqid və Nəzər proqramı, Marif radiosu, 1385 şəmsi.