Page 9 - Islamic Studies 01
P. 9

Baş redaktordan
               Mütərəqqi  ölkələrin  inkişafında  əsas  səbəblərdən  biri  də,  insanları
               təhsilə  həvəsləndirməklə  yanaşı,  onları  elmin  müxtəlif  sahələrində
               araşdırmağa  sövq  etdirmək,  maddi  və  mənəvi cəhətdən  ruhlandırmaq,
               sonda tədqiqat nəticəsində yeni bilgilər qazanmaqdır. Şübhəsiz, əgər bir
               ölkədə elm öyrənməklə yanaşı, tədqiqat sahəsinə xüsusi yer ayrılarsa, o
               ölkənin  gələcəyi  də  parlaq  olacaq.  Çünki  təhsil,  sadəcə  bilinəni
               bilməyənlərə    öyrətməkdir,    elmi   araşdırma    isə   ümumiyyətlə
               bilinməyənləri  tapmağa,  kəşf  etməyə  çalışmaqdır.  Dünyada  olan  hər
               növ  inkişaf,  təhsil  sisteminə  borclu  olduğu  qədər  tədqiqata  da
               borcludur.  Hətta  bəzən  elmi  araşdırmalar  və  hər  hansısa  bir  tezis
               üzərində işləmək, elmin tərəqqisi üçün təhsildən daha çox faydalı olur.
               Çünki  təhsildə  həmişə  eyni  bilgilər  və  müəyyən  olunmuş  məlumatlar
               ötrülür,  lakin  tədqiqat  nəticəsində  daim  yeni  sürprizlərlə  qarşılaşırıq.
               Təbii ki, bu yenilik təhsilin də yenilənməsinə səbəb olur.
               Təbii  ki,  arzuolunan  elmi  bir  işin    əsas  şərti  var;  tədqiqatçı  şəxs,
               araşdırma  apardığı  sahədə  müstəqil  şəkildə  hər  bir  detalı  dəqiq
               araşdırmalı,  lazım  olan  yerdə  isə  tənqidçı  olmalıdır.  Bunun  üçün  də
               münbit  şəraitin olması qaçılmazdır.
               Biz  bu  jurnalı  ərsəyə  gətirməklə,  öz  tələbələrimizin  elmi
               araşdırmalarına  əhəmiyət  verdiyimizi  göstərmək  istədik.  Təbii  ki,
               onların yazı işində bir sıra nöqsanlar ola bilər, amma əsas odur ki, əziz
               tələbələrimiz  bu  önəmli  yolda  əzmlə  addımlayırlar.  Ümid  edirəm,
               “İslam Araşdırmaları Jurnalı”nın bu sayında dərc olunan məqalələr, siz
               əziz oxucular üçün səmərəli olsun.

               PhD.TofiqƏsədov
               Əl-Mustafa  Beynəlxalq  Virtual  Universiteti  İslam  Araşdırmaları
               İnstitutunun Sədri, Əl-Mustafa Beynəlxalq Universiteti Elmi Heyətinin
               Əsas Üzvü
   4   5   6   7   8   9   10   11   12   13   14