Page 12 - Islamic Studies 01
P. 12

Qloballaşma və müsəlmanların... / (11


               doğru  qlobal  kapitalın  yerdəyişməsi  ilə  SSRİ-nin  çöküşü  və
               ABŞ-ın  de-fakto  qlobal  hegemonluq  iddiası  ilə  müşayət
               olundu.  ABŞ  dövlət  siyasəti  mərkəzində  Amerikanın
               alternativsiz bir güc olan birqütblü dünya düzəni və bu düzənə
               tabe  olunmuş  müstəmləkə  halında  olan  və  bu  sistemi
               qidalandıran qlobal bazar arxitekturası yer alırdı.
               21-ci  əsrin  əvvəllərindən  etibarən,  ötən  əsrdə  qurulan  və
               köhnəlmiş  hesab  edilən  dünya  düzəninin  yenisi  ilə  əvəz
               olunması fonunda iki fərqli qlobal cəbhə yarandı.
               Bunlardan  birincisi,  dünyada  kapital  gücə  nəzarət  edən
               transmilli korporasiyalar virtual qloballaşmanın tərəfdarı kimi
               çıxış  etməyə  başladılar.  Onların  hədəfləri,  siyasi  sərhədləri
               ortadan  qaldıraraq,  bütün  xalqları  və  millətləri  eyni  həyat
               tərzinə  kökləmək,  onları  eyni  bir  dildə  danışan,  eyni  dini
               inanca  sahib  olan  (dinsizlik),  təfəkkür  və  yaradıcılıqdan
               məhrum  edilmiş  istehlakçı  kütləsinə  çevirmək  və  beləcə
               dünyanın bütün resurslarına varis olaraq onu vahid mərkəzdən
               idarə etmək.
               İkinci  cəbhə  isə  siyasi  sərhədlər  daxilində  idarə  edilən
               geosiyasi güc mərkəzləri idi ki, bunlar həm hərbi, həm iqtisadi
               və həm də siyasi nüfuz dairələrini genişləndirməyi hədəf alan
               dövlət və siyasi birliklər idi. Bunlara misal olaraq ABŞ dövləti,
               Çin, Avropa birliyi, Rusiya və o cümlədən Hindistan kimi yeni
               ərsəyə  gəlməkdə  olan  geosiyasi  və  geoiqtisadi  güc
               mərkəzləridir.
   7   8   9   10   11   12   13   14   15   16   17