Page 14 - Islamic Studies 01
P. 14
Qloballaşma və müsəlmanların... / (13
yeni bir həyat tərzi gətirərək gəncləri bu mədəniyyətə
köklənməklə “azadlığa”, “rahat istqbala” və qərbin “yüksək
keyfiyyətli” və “varlı” həyat tərzinə malik ola biləcəklərinə
inandırmağa çalışır.
Gənclərin yetəri maarif dərəcəsinin olmaması, virtual aləmdə
çoxlu vasitələrlə mədəni-psixoloji təziqə məruz qalmaları, bu
varlı həyat tərzinin qərb ölkələrinin əldə etdiyi sömürgə və
istismar etdikləri bazarlar hesabına olduğunu və bunun pozğun
həyat tərzinə köklənən, alkoqol, narkotik vasitələrin, gecə
klublarının həyatlarına daxil olması hesabına olmadığını
anlamalarına mane olur.
Virtual qloballaşmanın pərdə arxasına ətraflı baxış
Zahirən qloballaşma adı altında qlobal medianın da yaxın
iştirakı ilə dünya ictimaiyyətinə sunulan və müsbət xarakter
daşıdığı, insanlığın hürriyyət, tərəqqi və istiqbalına
hesablandığı iddia edilən bu modelin pərdə arxasına baxış
keçirəcək, məsələnin bizə göstərilməyən tərəflərini
incələyəcək, ümumilikdə bu pərdənin arxasında hansı
qurumların və ideologiyanın dayandığını görməyə çalışacağıq.
Qlobalizasiyanı müsbət tərəfdən işıqlandıranlar, bütün dünya
xalqlarının inteqrasiyası, müsavat, planetimizin maddi
resurslarının bərabər paylanması, tolerantlıq, gender
bərabərliyi, insan haqları, humanizm və transhumanizmə
keçid, söz azadlığı, demokratiya, hürriyyət, multikulturalizm,
liberalizm və sair lozunq və şüarlardan istifadə edərək dünya
ictimaiyyətinin diqqətini qloballaşmanın arxasında gizlənən
faktor və qurumlardan yayındıraraq səhnəyə qoyduqları
anlayışların üzərinə yönəltməyə çalışırlar. Ciddi araşdırmalar
bizi məsələnin o qədər də sadə olmadığı qənaətinə gətirməklə
məsələyə pərdə arxası baxışa sövq edir.