Page 11 - Islamic Studies 01
P. 11

10) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
                                                ,

               qardaş  və  bacılarımla  bölüşərək  anlaşılması  çətin  olan
               dövrümüzdə  İslam  ümmətini  mövcud  qlobal  durum  və
               vəziyyətlə  tanış  etmək  və  eyni  zamanda  müasir  zamanı
               bərabərcə tanıyaraq virtual aləmin təsirlərini də nəzərdə alaraq
               düzgün qiymətləndirmək üçün maariflənməyə baş vurmaqdır.


               Açar  sözlər:  İslam,  virtual,  qloballaşma,  sosial  şəbəkələr,
               qərb, müsəlmanlar, əxlaqi problemlər.


               Giriş
               Yaşadığımız müasir dövr öz qəribəlikləri və dəyişmə sürəti ilə
               diqqət  çəkir.  İnsanlıq  tarix  boyu  öz  təkamülündə  insan  olma
               qayəsinə  doğru  irəliləmiş  və  bu  işdə  Allahın  rəhməti  ilə
               göndərilən nəbilərin böyük rolu olmuşdur. Belə ki, insanlıq öz
               fitri  məqsəndindən  uzaqlaşdığı  və  fəsad  törətməyə  başladığı
               zaman  Allah  tərəfindən  göndərilən  nəbilər  vasitəsi  ilə  təkrar
               hidayət  yolunu  əldə  etmiş  və  həqiqi  məqsədə  doğru
               irəliləməyə davam etmişdir.
               Lakin  Miladın  18-ci  əsrinin  sonlarından  başlayaraq  bir  sıra
               Avropa  ölkələrində  elmi-texniki  tərəqqinin  fonunda  əldə
               olunan  elmi  nailiyyətlərin  hərbi  sahələrdə  tətbiqi  Avropada
               gücü  nəzarətdə  saxlayan  qurumlara  yeni  müstəmləkələr
               qazandırdı.  Qeyri  adi  texnoloji  güc  qazanan  avropalılar
               dünyanı bölüşdürmə uğrunda müharibələrə qalxdılar. 20-ci əsr
               iki dünya müharibəsinə şahidlik etdikdən sonra, dünyaya yeni
               düzən gətirildi. Bu düzən, BMT adlı qurumun yaradılması və
               onun  təhlükəsizlik  şurası  adlı  üst  qurumuna  2-ci  dünya
               müharibəsində  qalib  gəlmiş  5  daimi  üzv  ölkələrinin  (ABŞ,
               SSRİ, Fransa, Britaniya və ÇXR) idarəçiliyi altında yaradılan
               yeni  dünya  düzəni  adlandı.  Bu  düzən  20-ci  əsrin  sonlarına
   6   7   8   9   10   11   12   13   14   15   16