Page 11 - Islamic Studies 03
P. 11

10) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

                 Müqəddimə

                 Ailə  təşkilində  ilk  mərhələ  düzgün  niyyət  və  məqsədlə
                 addım  atmaqdır.  Bu  məsələni  əhəmiyyətli  edən  agah  və

                 düşüncəli  dünyada  yaşamağımız  və  həqiqi  niyyətlərimizə,
                 məqsədlərimizə cavab verilməsidir. Mövləvinin tə`birincə:

                     Əməlimiz  nida,  dünyamız  bir  dağ  ,  dağdan  dönən  bizi
                 etmədə soraq.Əgər niyyət və məqsədimiz düzgün olsa, həyat

                 ağacımız  bar-bəhrəli  olar,  yaxşı  səmərə  verər.  Bə`zən  bir
                 niyyətin tə`sirləri o qədər xeyirli və bərəkətli olur ki, insanın

                 həyatında  əhəmiyyətli  iz  qoyur.  Ailə  qurmaq  da  böyük  və
                 taleyüklü  addım  olduğundan  öncədən  düzgün  niyyət  və

                 məqsəd üzərində qurulduqda zövcələrin xoşbəxtliyinə tə`sir
                 göstərir.  Bu  səbəbdən  də  müqəddəs  ailə  təməli  qoymaq
                 istəyən  qadın  və  kişi  öncədən  sədaqət,  paklıq,  Allahın

                 razılığı  yolunu  seçməli,  qərara  gəlməlidirlər  ki,  öz  ilahi
                 bağlılıqlarında və ailə həyatının bütün mərhələrində Allahın

                 razılığından  savay  umacaqları  olmayacaq.  Bu  halda
                 qurulmuş  ailə  ilahi  rəhmət  və  bərəkətdən  bəhrələnəcək,

                 Allah və`d etdiyi sevgi və mərhəməti bu ailəyə nəsib edəcək.
                 İlahi sevgi və mərhəmətin ilkin əlamətləri paklıq və fəzilət

                 dolu  ailədə  zövcələrin  aramlıq  tapması,  onların  həyat
                 iztirablarından amanda qalmalarıdır.

                 Ailə bir-birini sevənlərin, bir-biri üçün hər cür
                 məhrumiyyətə, ağrı-acıya qatlanmağa hazır olanların

                 birliyidir.
   6   7   8   9   10   11   12   13   14   15   16