Page 12 - Islamic Studies 03
P. 12
İslamda Ailə./ (11
Ailə üzvlərini bir-birinə bağlayan sevgi telləri o ailənin
xoşbəxtliyinin ən mühüm faktorudur, Allahın o ailəyə
verdiyi lütfdür, bərəkətdir. Bir-biri üçün darıxmaq, evdən
çıxanda ardınca əl yelləmək, içəri girəndə qabağına yüyürüb,
“xoş gəldin” demək; uzaq səfərdən dönəndə evdə hər kəsə
hansı hədiyyəni almaq əndişəsi… hansını sayaq, hansını
deyək, hamısı bir-birindən həyəcanlı, bir-birindən şirin.
Birinin başı ağrıyanda dörd tərəfini sevənlərinin kəsdirdiyi
komanda; biri yıxılanda hər iki qolundan yapışanların
komandası; qarşılıq ummadan hər cür fədakarlığa hazır
olanların komandası. Ailəniz sevgi yuvasına dönsün, bir-
birinizin sevgisi könlünüzü, çöhrənizi bəzəsin. Allah
sevgisini üzərinizdən əskik etməsin.
Qurani-Kərimdə evlilik.
Allah Qurani - Karimde belə buyurur: "Həm Allah sizə öz
nəfslərinizdən zövcələr verdi və sizə təmiz şeylərdən ruzi əta
etdi. Belə ikən, onlar batilə inanıb da Allah nəmɔtinə
nankorluqmu edirlər?"
1
Bu haqda Quranda belə buyrulur: "Bundan sonra (bu
övrətlərdən əlavə) sənə
- Nəhl, ayə 72 1