Page 16 - Islamic Studies 03
P. 16

İslamda Ailə./ (15



                 Evliliyin müqəddəsliyi

                 Ailə  cəmiyyətin  təməlini  təşkil  edir.  Ailənin  bir-birinə

                 bağlılığı  cəmiyyətin          birbirinə  bağlılığına,  möhkəmliyə

                 səbəb olar. Bu binaya gəlcək hər hansı bir xələl cəmiyyətin
                 sarsılmasına  və  həlakına  gətirib  çıxarar.    Qurani  -  Kərim
                 bunu  dinclik  və  əmin-əmanlıq  kimi  təsvir  edir.Əmin  –

                 amanlığın  hakim  olacağı  bir  cəmiyyətdə  insan  onun  üçün
                 təyin edilmiş vəzifəni layiqincə yerinə yetirmək imkanı əldə

                 edə  bilər.  Evlilik  cəmiyyatdə  amin-amanlığı  təmin  edəcək
                 bir  vasitə  olduğu  üçün  İslam  gəncləri  evliliyə  sövq  etmiş,

                 bunun  erkən  həyata  keçirilməsini  tövsiyə  etmişdir.
                 Rəsulullah(s)  bir  hədisində  belə  buyurub:  "İslamda  Allah

                 üçün evlilik vasitəsi ilə qurulacaq evdən daha sevimli bir ev
                 yoxdur", İslam onun gecikdirilməsini 14 -əsr  bundan qabaq
                 qadağan etmişdir.

                  Bu  gun    sosial  elmlər  sahəsində  aparilan  -  tədqiqatlarda
                 evliliyin necə mühüm bir əməl olduğunu sübut edir. Məşhur

                 Fransız  sosioloqu.Emil  Durkeymin  apardığı  araşdırmalar
                 sübut  edib  ki,  subaylar  arasında  intihar  halları  evli

                 olanlardan daha çoxdur.İslam dinini dərindən araşdıran kəs
                 bu dinin evliliyə necə önəm verdiyinin şahidi olacaq. Lakin

                 İslam  evlənməzdən  əvvəl  öz  dininin  mənsublarına  bəzi
                 mühüm öyüd və nəsihətlər verir. Buna, evlənməzdən əvvəl
   11   12   13   14   15   16   17   18   19   20   21