Page 14 - Islamic Studies 03
P. 14
İslamda Ailə./ (13
Hər hansı bir üzrlü səbəb olmadan subay qalmaq
müqaddəs dinimizdə ciddi şəkildə qınanılır.
İmam Sadiq(ə) buyurub: "Rəsulullah (s) belə deyib:
"Evlənin! Çünki mən qiyamət günü digər ümmətlərə sizin
çoxluğunuzla öyünəcəyəm.Hətta atılmış uşaq belə gəlib
cənnətin qapısında duracaq və ona; "Cənnətə daxil ol!"-
deyiləcək! O isə ilk əvvəl valideyinlərinin cənnətə girməsini
istəyər. Daha sonra isə özü daxil olar "
İmam Sadiq(ə)-dan gələn digər bir hədisdə isə
Rəsulullahın (s) belə buyurduğu nəql olunur: "Evlənin və
evləndirin. Hər bir müsalman kəsin özü üçün bir şey
xərcləməsi onun borcudur. Allah (cc) qatinda islamda
nigahla inşa edilən evdən sevimli və boşanma ilə məhv
edilən evdan daha pis bir şey yoxdur." Sonra Əbu
Abdullah (ə) buyurdu: "Həqiqətən, Allah – təala
boşanmanı sadəca təsdiq etdi, lakin ayrılmaya olan
nifrətini təkrar - təkrar bildirdi." ( "Vəsailuş - şia", cild 14,
"Nigah" kitabı, nigaha dair müqəddimə bablarındakı 1-ci
bab, "Kafi", 5-ci cild, səh 328) Rəsulullahın (s) belə
buyurduğu ravayət edilir: "Kim evlənərsə, dinin qoyduğu
hökmlərin yarısını yerinə yetirmiş olar”.