Page 262 - Islamic Studies 03
P. 262
Günahın İnsana Təsiri/ (261
Insan ruhən və cismən yaşıyan bir varlıqdır.Cahiliyyət
dövründə insanlığa verilən dəyər çox aşağı olduğundan məhz
peyğəmbərlər tərəfindən müəyyən dövrlərdə bu tamamilə öz
nizamını tapmışdır.Nədir insanlıq,əsas bu fikir hamı üçün bir
başlanğıcdır.Allah insana verdiyi dəyəri Qurani-Kərimdə
təsdiqləyir.’’Biz insanı ən gözəl şəkildə yaratdıq’’. Biz
insanlar yaradılışdan bir fitrət üzərində yaradılmışıq.İlk öncə
Rəbbimiz bizi yaradıb,bizə duyğu orqanları vermiş,düşünmək
üçün ağıl vermişdir.Cismani və ruhani bir varlıq olmağımız
bizi üstün etmişdir.Cismən yatırıq, yeyirik, günümüzü dünyəvi
işlərlə keçiririk və sonucu təlatümlə nəticələnən günahkar bir
insan oluruq.Əslində bizlər doğru din üzərindəyik sadəcə biraz
səyy edib Rəbbimizin bizə çatdırdıqları əmanətə əməli şəkildə
riayət etməliyik.İnsan özünü ət və sümükdən ibarət olduğunu
görməməlidir.İnsanı fərqli olan tərəfi zatən yaradılışdan insan
olmasıdır.Məsələn; insan başqa canlilardan (vəhşi
heyvanlardan) zəif olmasına baxmayaraq,insan bunlara hökm
edir.İnsan fərqli bir varlıqdır.İnsanlarda ruh deyilən və
heyvanlarda olmayan bir üstün varlıqdır.İnsanın ağlı var bura
aid olanlar idrak,xəyal,yaddaş,anlayış bu qüvvətlər ağıla
bağlıdır.İnsan ruhunu bəsləsə imanını qüvvətləndirsə,Allahın
əmirlərinə itaət etsə,əxlaqını düzəltsə,mələkləri də keçə
biləcək bir qabiliyyətə malikdir.Əksinə,bunları
etməssə,düşmən olsa,nəfsinə tabe olsa nə olar,Qurani kərim
buyurur; “Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini
və ya düşündüyünü güman edirsən? (Xeyir) onlaryalnız
heyvanlar kimidirlər,hətta daha azğındırlar.(çünki heyvanlar
yaradılışın hədəf və məqsədi istiqamətindəki yollarını
inistinklə düzgün gedirlər,bunlar isə yox!).(1)”İnsan iki tərəfli