Page 261 - Islamic Studies 03
P. 261
260) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Giriş
Varlıq aləmində ən qəribə və ən maraqlı hekayə insan
hekayəsidir.Allah tala insana çox böyük bir istedad verib və
onu varlıq aləmində ən üstün tutmuşdur.Allah bütün məxluqatı
insan üçün və insanı da özü üçün yaratmışdır.Yəni insanı
özünə yaxınlaşdırmaq üçün xəlq etmişdir.Qurani kərim
buyurur; “O,yer üzünü sizin üçün bir beşik etdi və doğru
gedəsiniz deyə,orda sizin üçün yollar meydana gətirdi.”(1)
Allah insanı doğru yol üzərində yaradıb,insanlar bu doğru
yoldan saparaq günaha meyilli olmaqnan yer üzündə fəsada
səbəb olurlar.İnsan özünü günahlardan qorumalıdır,Allaha
yaxın olmalıdır,insan iman gətirməsə cənnətə girə
bilməz.Allahın rızasını qazanmaq üçün ibadətlər
etməlidir.Allahın rızasını qazanmaq üçün həqiqi iman və saleh
əməllər lazimdır. Belə bir işi gördüyümüz zaman hər hansı
çətinliklərnən,sıxıntılarnan qarşılaşa bilərik və buna görədə
səbr etməyimiz lazim gəlir.İnsanın cəhənnəmə girməsinə
vəsilə olan günahlardır,insanı dünya və axirətdə rahatsız edən
günahlardır,insanın üzünü qaraldan rüzisini azaldan
günahlardır, insanın ömrünü qısaldan yenə
günahlardır,yaradılmışların nifrətini qazanan
günahlardır.Günahlardan gücümüz çatdığı qədər çəkinməliyik.
Onun ucbatından bəzi dövlətlər və ümmətlər yox edilmişdir və
cəzalandırılmışdır. Uca Rəbbimizə sığınaraq öz rəhmətiylə
1
bağışlayıb həqiqi qullarının sırasına qəbul eyləsin.Amin!
İnsan kimdir?
1 - Müraciət olsun: Qurani kərim, əz-Zuxruf, ayə 10