Page 257 - Islamic Studies 03
P. 257
256) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
alimlər arasında rabitə, dini şəxsiyyətin dirçəldilməsi,
müştərək düşmənin tanınması, məzhəblər arasında qarşılıqlı
hörmət, hissləri qızışdırmamaq, danışıq və yazıda nəzakət,
beynəlxalq konfransların təşkili, milli təəssüblə mübarizə şəhid
Sədrin vəhdət yolunda tövsiyələrindəndir.
Əllamə Seyid İsmail Bəlxi vəhdət nidasını dünya
müsəlmanlarına çatdıran agah ruhanilərdəndir. Bu şəxs
ömrünün sonuna qədər həmin ali məqsəd yolunda təlaş
göstərmişdir. Əllamə Bəlxi vəhdətə çatmaq üçün məzhəblər və
millətlər arasında təfriqələrin aradan qaldırılmasını zəruri
sayırdı. İslam ümmətinin geri qalmasını bu təfriqələrlə
əlaqələndirirdi.
Tacikistan alimləri vəhdət barədə deyirlər: “Müsəlmanların
birliyi üçün hamımız çalışmalıyıq. Bir bayraq altında çiyin
çiyinə dayanmalıyıq. Təfriqədən uzaq olmalıyıq. İslam bizi hər
şeydən öncə birliyə dəvət edir: “Hamılıqla Allahın ipinə
(dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-
birinizdən) ayrılmayın!”