Page 35 - Islamic Studies 03
P. 35
34) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
yaradılışına muvafiq sahədə həyat sürməli, öz vəzifəsini
üzərinə götürməlidir.
Məsələn, kişinin uşaq doğmaq kimi əşyanın təbiətinə zidd
bir xüsusiyyəti olmadığı kimi, qadının da həyatın çətinlikləri
qarşısında kişi qədər dözümlü olmadığı bir həqiqətdir.
Deməli, qadın və kişi hər biri öz təbii xüsusiyyətləri
çərçivəsində dəyərləndirilməlidir. Hər şeydən əvvəl bir ana
olan qadın səbr, şəfqət və mərhəmətlə övladını tərbiyə edib
boya-başa çatdırır. Ata isə uşağın tərbiyəsində mərhəmət
göstərə bilməz çünki qadının yaradılışındakı xüsusiyyətlər
onu ucaldan və fərqləndirən sirr, daxili aləmində hakim olan
mərhəmət, şəfqət, anlayış və səbr kimi keyfiyyətlərdir.
Qadının bu keyfiyyətləri ailə mühitində analığı yaşamaqla
birgə ortaya çıxır və ana bu xüsusiyyətləri ilə cəmiyyətləri,
dövlətləri meydana gatirən, dünyaya nizam verən varlığı
yəni insanı yetişdirir.
Kişinin isə fitrəti , vəzifələri və iş sahəsi fərqlidir.Bu
nöktədə ağla belə bir sual gələ bilər :<<Elə isə qadın
üstündür , yoxsa kişi ?>>Bu suala islam dinindən çıxış
edərək cavab versək deyə bilərik ki , Quranda səbr , şükür ,
qənaə , mərhəmət , təvazökarlıq , fədakarlıq , dözümlülük
yardımsevərlik kimi xüsusiyyətlərə sahib və eyni zamanda
təqvalı (Allahdan qorxma ) kamil bir insan modelindən bəhs
olunur.Hər iki cinsdən hansında bu xüsusiyyətlər varsa və ya
hansı bu bildirilən kamil əxlaqa sahibdirsə ,üstün olan odur
.Qadındırsa , qadın üstündür , kişi isə , kişi üstündür .Bunun