Page 39 - Islamic Studies 03
P. 39
38) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Məzmundan da aydın olduğu kimi, qadınlar “azadlıq” və
“bərabərlik” adı altında , çiyinlərinə yüklənmiş
çətinliklərdən o qədər cana doyublar ki, bu iki sözcüyün heç
bir günahı olmadığından xəbərsiz şəkildə onlara düşmən
kəsiliblər. Qadın Və kişi hər birinin öz orbiti olan iki
müxtəlif planetdir. Hər biri özünün kosmik məkanında və öz
orbiti üzrə hərəkət etməlidir.
Bəşər cəmiyyətinin reallığında istər qadının, istərsə də
kişinin xoşbəxtlik və səadətə qovuşmasının başlıca şərti
budur ki, onlardan hər biri öz orbiti üzrə hərəkətinə davam
etsin. Azadlıq və bərabərlik yalnız o zaman öz bəhrəsini
verir ki, nə qadın, nə də kişi özünün yaranış nizamında
müəyyən edilmiş təbii orbitindən, hərəkət trayektoriyasından
kənara çıxmasın. Az öncə qeyd olunanlar cəmiyyətdə
narahatlıq və iztirab doğuran amil isə fitrətin, təbiətin
hökmünə qarşı üsyan qaldırılması olmuşdur.
Biz iddia edirik ki, “Qadının ailə və cəmiyyətdəki hüquqi
statusu” məsələsi yenidən baxılmasına ehtiyac duyulan,
əvvəllər aldığı qiymətlə kifayətlənməməyə tələb edən
məsələlərdən biridir. Problemin çözülməsi üçün biz əvvəla,
təbi özümüzə bələdçi seçməyi, ikincisi isə, istər keçmişdə,
istərsə də hazırkı əsr qazandığımız acılı-şirinli
təcrübələrdən maksimum dərəcədə faydalanmağı önəmli
şərtlər kimi nəzərdə tuturuq. Yalnız bu halda sözün həqiqi
mənasında