Page 30 - Islamic Studies 03
P. 30
İslamda Ailə./ (29
Lakin oğlan evlənəndə onun özünün razılığı kifayət edir. Bu
barədə hədis də nəql olunub:
Əbu Bəsir: İmam Sadiqdən (ə) soruşdu: Mən bir xanımı
özümə həyat yoldaşı seçmişəm, amma valideynlərim isə
başqa bir xanımı mənim üçün seçiblər, hansı birini seçim?
İmam Sadiq (ə) onun cavabında buyurdu: "Özün sevdiyin
xanımla evlən və valideynlərinin sevdiyi, seçdiyi xanımla
evlənmə."Əlbəttə bu nöqtəyə diqqət etmək lazımdır ki,
baxmayaraq qızla oğlan evliliyin iki əsas sütunudur;
Ancaq münasib bir evlilik üçün çox vaxt təcrübələrə və
məsləhətlərə ehtiyac duyulur.Valideynlərin, böyüklərin
məşvərətləri və yol göstərmələri yaxşı yaşayış üçün işıqlı bir
yoldur. Digər bir tərəfdən də böyüklər cavanları məcbur
etməsinlər və eyni zamanda cavanlar da ötəri hisslərindən
ötrü münasib olmayan evlilik etməsinlər.
Evlənməyə layiqli qadınların xüsusiyyətləri
Bizim dinimizdə münasib həyat yoldaşının xüsusiyyətləri
hədislərdə bəyan olunub;
Həmçinin Allahın Rəsulu (s) bir hədisdə layiqli qadın üçün
on xüsusiyyət bəyan edib.Cabir ibn Abdullah Ənasari deyir:
Allahın Rəsulunun (ə) xidmətində idim ki, O, evlənməyə
layiq olan qadının xüsusiyyətləri barəsində belə buyurdu:
Sizin həyat yoldaşlarınızın ən yaxşısı o kəslərdir ki, bu
sifətləri olsun: