Page 40 - Islamic Studies 03
P. 40

İslamda Ailə./ (39


                 “qadın  haqları”  naminə  hər  hansı  bir  hərəkat  gerçəkləşə
                 bilər. “

                 İmam Əli (ə): buyurur  «Qadınların ən yaxşı xüsusiyyətləri
                 kişilərin  ən  pis  xüsusiyyətləridir:  Qürur,  qorxaqlıq  və

                 xəsislik.  Çünki  qadın  məğrur  olsa  özünü  (naməhrəmin)
                 ixtiyarına verməz. Xəsis (tutumcul) olsa, özünün və ərinin

                 malını  saxlayar,  qorxaq  olsa  başına  gələn  (bədnamlığına
                                                             1
                 səbəb ola biləcək) hər şeydən qorxar.»
                     Kişi-qadın  bərabərliyi  mövzusuna  keçməmişdən  əvvəl
                 “bərabər”  və  “bərabərlik”  kəlmələrinin  lüğəvi  mənalarına

                 baxaq.“Bərabər”  –  heç  bir  fərqi  olmayan,  təbiəti,
                 xüsusiyyəti,  qiyməti,  ölçüləri  eyni  olan  deməkdir.

                 “Bərabərlik” isə insanlar arasında hüquqlar baxımından heç
                 bir fərqin olmaması mənasındadır.

                 Bu  “bərabər”  və  “bərabərlik”  tərifləri  çərçivəsində  qadının
                 kişinin yanındakı mövqeyi necədir?


                 Fitrətdəki Fərqlilik


                   Allah (c.c.) Kainatda hər şeyi cüt yaratmışdır. Bu cütlərdən
                 hər  birinin  o  birisinə  bütün  cəhətləri  ilə  bərabər  olduğunu

                 iddia  etmək  qeyri-mümkündür.  Çünki  ayədə:“Hər  şeydən
                 cüt-cüt  (kişi  və  qadın,  biri-birinin  əksi  olmaqla)  yaratdıq.

                 Bəlkə bir düşünüb ibrət alasınız.” (Zəriyat, 51/49)-buyrulur.


                                                                     - Tuhəful-Uqul, səh.35 1
   35   36   37   38   39   40   41   42   43   44   45