Page 167 - Islamic Studies 06
P. 167

Əxlaqi inhiraflardan bir-birini qorumaqda cütlərin rolu

                      Məlahət Rəcəbova

               Abstrakt
                   Yalnız fərdlərin həqiqətə malik olmasına inanan, cəmiyyəti
               sadəcə zehn və xəyalın uydurması kimi təsəvvür edən fəlsəfi
               ideologiyanın  əksinə  olaraq  İslamda  və  onun  hüquqi
               sistemində  ailə  cəmiyyəti  özünəməxsus  həqiqətə  və  xüsusi
               hökmlərə malikdir. İslamın müxtəlif hüquq kitablarına nəzər
               saldıqda bu həqiqətin müxtəlif yönləri aşkar surətdə görünür.
               Cəmiyyət müxtəlif ailələrin birləşməsindən yaranır və  bu iki
               təşkilatın hər birinin səadəti digərindən asılıdır.
                   Əgər ailənin təməli möhkəm olarsa, cəmiyyətdə də birlik
               möhkəm olacaqdır. Amma əgər  ailənin təməli qeyri-sabit  və
               süst olarsa, habelə, əgər ailə münasibətləri yalnız cinsi istək və

               qərizələrin  təmin  olunması  ilə  məhdudlaşarsa,  ictimaiyyətin
               quruluşu qısa müddətdə sarsılaraq dağılar və öz  mahiyyətini
               itirər.
                   Açar  kəlmələr:  Quran,  Hz.  Peyğəmbər  (s),  ailə,  səadət,
               cəmiyyət, cütlük
   162   163   164   165   166   167   168   169   170   171   172