Page 170 - Islamic Studies 06
P. 170

İslamın yayıldığı ilkin çağlar / 169

               bağlarının  iki  əsas  ünsür;  "məhəbbət"  və  "paklıq"  üzərində
               köklənməsi zəruridir.
                   İslami hədislərə əsasən dostluq, özü-üzlüyündə bir növ ailə
               bağı  kimidir.  Necə  ki,  İmam  Əli  (ə)  buyurur:  "Dostluq  (bir
               növ) qohumluqdur."
                   Başqa bir hədisdə isə buyurur: "Dostluq, qohumluğun ən
               yaxın növüdür."

                   Həzrət  Əli  (ə)  qohumluq  əlaqəsinin  özünün  də,  dostluğa
               ehtiyacı  olması  haqda  belə  buyurur:  "Hər  qohumluğun
               dostluğa ehtiyacı var."
                   Əsl həqiqətdə ailə bağları, məhəbbət və dostluq olmadan
               həqiqi  mənasını  itirmişdir.  Necə  ki,  Həzrət  Əli  (ə)  buyurur:
               "Dostun sənin qardaşındır. Bir halda ki, qardaşın sənin dostun
               deyildir."
                   Həmçinin,  dini  inaclar  və  ailə  həyatının  müqəddəsliyinə
               olan  inam,  ailə  qurmaqda  əsas  və  yaradıcı  rola  malikdir.
               Çünki,  mənəvi  dəyərlərə  sayğısız  və  ailə  müqəddəsliyinə
               inanmayan, yalnız maddiyyat fikrində olan şəxslərlə, birlikdə
               yaşayış və dostluq etmək, heç də, güvən və etibar vəd etmir.
               Həzrət Əli (ə) buyurur: "Dünya qullarının dostluğu süst olur.
               Çünki  təməlləri  (səbəbləri)  özü  də  süstdür.  (Amma)  axirət
               qullarının dostluğu, möhkəm olur. Çünki onun təməlləri özü
               də möhkəmdir."
                   Başqa bir hədisdə buyurur: "(Həqiqi) dindarların dostluğu
               çox gec pozular, o, əbədidir."
                   Sonsuz hikmət sahibi olan aləmlərin Rəbbi, təbii olaraq iki
               insanın məhəbbətini bir-birilərinin qəlbində yerləşdirərək, ailə
               təməllərinin atılmasına şərait yaratmışdır: "Sizin üçün onlarla
               ünsiyyət  edəsiniz  deyə, öz  cinsinizdən  zövcələr  xəlq  etməsi,
               aranızda  (dostluq)  sevgi  və  mərhəmət  yaratması  da  Onun
               qüdrət  əlamətlərindəndir.  Həqiqətən,  bunda  (bu  yaradılışda)
               düşünən bir qövm üçün ibrətlər vardır!"
   165   166   167   168   169   170   171   172   173   174   175