Page 171 - Islamic Studies 06
P. 171

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 170


                   Bununla  da,  Allah-təala,  evlilik  həyatına  mənəvi  dəyər
               bağışlayaraq,    ailə  həyatının  müqəddəs  olmasına  təkid
               etmişdir.
                   Deməli, ailədə məhəbbət və paklığa səbəb olan hər bir şey,
               bu müqəddəs quruluşu möhkəmləndirir. Ailədə məhəbbət və
               paklığın  azalmasına  səbəb  olan  hər  bir  şey,  bu  müqəddəs
               quruluşun süstlüyünə və dağılmasına bais olur.
                   Möhkəm  ailə  quruluşuna  sahib  olmaq  üçün  ilk  addım,
               islam  dinində  ailə  qurmaq  üçün  nəzərdə  tutulmuş  qayda-
               qanunlara riayət etməklə atılır.
                   Peyğəmbərimizin  (s)  və  Əhli-beytin  (ə)  hədislərində,
               ailədə  məhəbbət  və  paklığı  möhkəmləndirmək  üçün  olduqca
               dəyərli  göstərişlər  mövcuddur.  Bu  göstərişlərin  ən  mühüm
               hissələri üç qismə ayrılır:
                   1- Qadın və kişinin müştərək vəzifələri
                   2- Kişiyə xas olan vəzifələr
                   3- Qadına xas olan vəzifələr

                   a) Kişi və qadının ən zəruri vəzifələri
                   1- Birbirinizə sevginizi aşkar edin
                   Qadın və kişinin qəlbinə qarşılıqlı məhəbbəti, eşqi Allah
               bəxş etmiş və onu öz varlığının nişanələrindən hesab etmişdir.
               Bu qadın və kişinin eşqinin, xüsusilə də kişinin qadına  qarşı
               eşqinin əzəmətinin göstəricisidir.
                   Dinimizin  davranış  qaydaları  haqda  olan  ən  dəyərli
               tövsiyələrindən  biri  də,  insanların  bir-birilərinə  qarşı  öz
               məhəbbətlərini  izhar  etmələri  və  dilə  gətirmələridir.  Allahın
               elçisi (s) buyurur: "Məhəbbətini, sənə qarşı məhəbbət bəsləyən
               şəxsə, izhar et ki, aranızdakı sevgi daha da möhkəmlənsin."
                   Başqa bir rəvayətdə buyurulur: "Öz müsəlman qardaşının
               xətrini çox istəyirsənsə, onu bundan xəbərdar et. Çünki bu iş,
               insanları bir-birinə daha yaxın edir."
   166   167   168   169   170   171   172   173   174   175   176