Page 172 - Islamic Studies 06
P. 172
İslamın yayıldığı ilkin çağlar / 171
Sözsüz ki, hər kəs öz həyat yoldaşını sevdikdə, bu hissi
ona aşıladıqda, onların sevgisi daha da möhkəm olcaq və ailə
təməlləri süstləşməyəcək. Bu, ər və arvadın hər ikisinə aiddir.
Amma qadın, həyat yoldaşının ona qarşı öz məhəbbətini izhar
etməsinə daha çox ehtiyac duyduğu üçün, islami rəvayətlərdə
kişinin qadına öz sevgisini bəyan etməsinə dəfələrlə təkid
olunur. Allahın rəsulu (s) buyurur: "Kişi qadınına "Mən səni
sevirəm"- desə, bu söz heç vaxt onun qəlbindən silinməz."
Başqa bir hədisdə buyurur: "Kişi qadının və qadın kişinin
üzünə mehribanlıqla nəzər salsa, Allah-təala onların hər ikisinə
mehribanlıq nəzəri salar. Onlar bir-birilərinin əllərini
(məhəbbətlə) tutduqları zaman, günahları barmaqlarının
arasından süzülüb-tökülər."
Həmçinin, övlada qarşı öz məhəbbətini izhar etmək də, ailə
bağlarının möhkəmlənməsiniə xidmət edir: "Mömin Allahın
dostudur və övlad ona ilahi hədiyyəsidir. Hər kimə Allah-təala
övlad nəsib etsə, onu çox öpsün."
Diqqət yetirmək lazımdır ki, ailəyə olan sevginin, qayğının
həddini aşması və nəticədə Allah-təalaya, dini dəyərlərə və
insani duyğulara qarşı etinasızlıq, sayğısızlıq yaratması, olduca
tənqid edilmişdir. Allahın elçisinin (s), Abdullah ibn Məsuda
belə buyurduğu rəvayət olunur: İbn Məsuda tövsiyəsində: Ey
Məsudun oğlu! Ailənə üyək yandırmağın, (ailənin qayğılarını
çəkməyin), sənin Allaha itaətsizliyinə səbəb olmasın. Çünki
Allah-təala buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun. Atanın
oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir
gündən həzər edin. "
Bu eşq və məhəbət izdivacın ilk günlərində, hətta nikah
bağlanmazdan öncə meydana gəlir. Qadın və kişi bu daxili
neməti, həyata şirinlik bəxş edən bu ülvi hissi qorumaq üçün
əllərindən gələni əsirgəməməli, ona zərbə vuran, nəticədə isə
ilahi əzaba səbəb olan ünsürlərdən qəti şəkildə çəkinməlidirlər.