Page 8 - Islamic Studies 06
P. 8
Baş redaktordan
Maarifçi, hər hansısa elmi və yaxud mənalı fikri başqalarına
çatdıran və düşündürən şəxsdir. Başqa sözlə desək, xalqa
düzgün ideologiya və faydalı olan həyat tərzini öyrədən,
həqiqəti və gözəlliyi sevdirən insandır, maarifçi!
Görəsən hər kəs maarifçi ola bilərmi? Yaxud hər şəxs öz
bildiklərini başqaları ilə bölüşmək bacarığına malikdirmi?
Əslində, cavab müsbətdir. Hətta ilkin yaranışdan bəri, nəinki
təkcə insan övladında, ümumiyyətlə, instinktlə hərəkət edən
digər canlılarda da, təhlükə və fayda zamanı bir-birlərini
münasib səmtə yönəltmə üslubu var. Belə ki, təbiətdə hansısa
bir canlı təhlükə hiss etdiyində, başqa canlıları həmin
təhlükənin varlığından xəbərdar etdiyinin şahidi oluruq.
Yaxud bir mənfəət əldə etdiyi zaman öz həmnövlərini birgə
faydalanmağa səslədiyini görmək olur. Bu, təbiətdəki
canlıların instinktinə xas olan xüsusiyyətdir. İnsan da
canlıların ən şərəflisi olduğu üçün, həqiqətləri ən gözəl
şəkildə öz aralarında paylaşmağa görəvlənmişdir. Bu görəv
həm onun fitrətində qoyulmuş, həm də İlahi dinlər tərəfindən
hər bir insan öz elmi qədər bu mənəvi işə əməl etməyə dəvət
olunmuşdur.
Ümid edirəm ki, qarşınızdakı bu jurnal siz əziz oxuculara
dəyərli yazar maarifçilərimiz tərəfindən gözəl ərməğan olsun.
Gözəl mütaliələr diləyirəm.
Dr. Tofiq Əsədov