Page 9 - Islamic Studies 06
P. 9
İslam sülh və əminamanlıq dini
Ağamoğlan Cəfərov1
Abstrakt
İslam baxımından insan həyatı toxunulmazdır. Müsəlman öz
həyatını və digər insanların həyatını dəyərləndirməlidir. Heç
bir səbəb olmadan insanı həyatdan məhrum etmək insanlığa
qarşı qətl kimi qiymətləndirilir. Son illər Qərb ictimai
şüurunda özünü və başqalarını partladan islam intiharçı
terroristlərin cənnətə düşmək üçün bunu etdikləri deyilir.
Mətbuat cihad, şəhid və s. islam terminlərini təkrar-təkrar
yazaraq yayır, bu terminlərin mənasını düzgün şərh etmir,
halbuki İslam aydın şəkildə terroru qəti şəkildə qadağan edir
və əksinə, danışığa və sülhə dəvət edir. Son olaraq isə, mənəvi
dəyərlər və vətən uğrunda mübarizəyə çağırır.
Açar kəlmələr: İslam, sülh, əminamanlıq, vəhdət
1 - İslam araşdırmaları fakültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma İnstitutu,
Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, İran, Qum