Page 11 - Islamic Studies 06
P. 11
Qadının zərafəti, qadının gücü./10
yaxşıdır. Təqvalıların evi necə də gözəldir!"1 "Onların daxil
olacaqları əbədi bağların (ağaclarının) altından çaylar axır.
Orada onlar üçün istədikləri hər bir şey vardır. Allah
təqvalıları belə mükafatlandırır."2 "O kəslər ki, mələklər,
canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan
halda alarkən (onlara) "salam olsun sizə, etdiklərinizin
mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə,
Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun" deyərlər."3
Həqiqi mömin üçün İslam dini dünyanın bilik sərhədlərini
genişləndirir. İslam dini barədə şəriət qanunları 1400 il bundan
əvvəl yaranmışdır. Əgər İslama xas olan bütün keyfiyyətləri
cəmiyyət və insanlar düzgün anlayıb riayyət etsələr dinin
rolunun aşağıdakı funksiyalara bölmək olar:
1.İslam dini insanlığı doğru yola istiqamətləndirən həyatın
mənasını ifadə edən sülh və təqva yoludur.
2.İslam insanlar üçün hidayət və rahatlıq yolu, həyatlarına isə
ümid və dayaqdır. İnsanlar həyatlarının çətin anlarında, kədər
və narahatlıq üz verəndə dinə üz tutumaları təsadüfü deyil.
Mömünin Peyğəmbəri Muhəmmədə (s) olan məhəbbəti onun
daxilən dəyişilərək ədəb və davranışında idealı olan
Peyğəmbərinə(s) oxşamağına can atmasıdır.
3.İslam dini biliklərini zənginləşdirən müsəlman öz dinini
digər insanlara çatdırmağa (təbliğ etməyə) qadir olur,
çətinliklərə, ona qarşı olan rişğənd və təhqirlərə baxmayaraq
İslamın ədalətli, insanlara yalnız yaxşılıq gətirən bir din
olduğunu bildirir. O təmiz qəlbli, yüksək əxlaqlı bir insana
1 - Ən Nəhl surəsi ayə 30
2 - Ən Nəhl surəsi ayə 31
3 - Ən Nəhl surəsi ayə 32