Page 13 - Islamic Studies 06
P. 13

Qadının zərafəti, qadının gücü./12

               ətrafdakılara  qarşı  təmannasız  xeyirxaq  və  diqqətli  olmalı,
               bunun müqabilində minnətdarlıq gözləməməlidir.

               Bir dinin adı altında ortaya çıxdığını bildirən insanlardan bir

               qismi o dini səhv anlamış və səhv tətbiq etmiş ola bilər. Bu
               səbəblə  də  həmin  insanlara  baxaraq  o  din  haqqında  fikir

               söyləmək  yanlış  olar.  Müasir  dövrdə  gənclərimizin  Allahın
               yoluna  qayıtması  hər  kəsi  sevindirmişdi.  Bununla  İslam
               Universitetləri,     mədrəsələri,      elm     məclisləri     çoxaldı,
               gənclərimiz  İslam  dininə  yiyələnməyə  başladılar.  Lakin  bəzi

               radikal  qruplar  İslam  gənclərinin  birliyini  pozaraq  onları
               terrora, çirkin əməllərə yönəltdilər.
               Bütün  bunlar  göstərir  ki,  günahsız  insanlara  qarşı  terror

               əməlləri  hazırlamaq  və  onları  həyata  keçirmək  İslama
               tamamilə zidd bir işdir və heç bir müsəlman belə bir günah edə
               bilməz.  Əksinə,  müsəlmanlar  bu  gün  belə  günah  iş  tutan

               insanların  qarşısını  almaqla  yer  üzündəki  fitnə-fəsadı  aradan
               qaldırmağa  və  bütün  insanlara  rahatlıq  və  əmin-amanlıq
               gətirməyə görə məsuliyyət daşıyırlar. Müsəlmançılıq  terrorla

               bir yerdə ola, hətta birgə təsəvvür edilə bilməz, əksinə, İslam
               terrorun  qarşısındakı  ən  böyük  maneə  və  terror  probleminin
               çözülməsi yoludur.


               Allah Təala buyurur:
               “Beləliklə, əgər sən(in dəvətin)ə cavab verməsələr, bil ki, onlar
               öz (nəfsi) istəklərinə uymuşlar. Allahın hidayəti olmadan, öz
   8   9   10   11   12   13   14   15   16   17   18