Page 104 - Islamic Studies 07
P. 104

Nəhcülbəlağədə əmanətdarlıq / 103

               “Trablos” kitabxanasında isə 3 milyon kitab mövcud idi. O dövrdə
               müsəlmanların  əlində  olan  İspaniyada  təkcə  bir  ildə  80000  cildə
               yaxın  kitab  hazırlanırdı.  Müstənsiriyyə  şəhərində  çox  böyük  və
               əzəmətli binası olan, İslam dünyasında görünməmiş bir universitet
               var  idi.  Nəzərə  almaq  lazımdır  ki,  bütün  bunlar  XIII  əsrin
               əvvəllərində idi. İstanbulda 80-dən artıq kitabxana var ki, burada on
               minlərlə kitab toplanıb. Qahirədə, Dəməşqdə, Mosulda, Bağdadda
               və  İranda  bir-birindən  böyük  çoxlu  kitabxanalar  mövcuddur.
               Təəssüf  ki,  bu  kitabxanalarda  yığılmış  kitablardakı  məlumatlar
               müasir dünya tərəfindən çox az araşdırılıb. Nəzərimcə, gələcəkdə
               dünya  alimləri  İslam  elmlərinə  daha  artıq  əhəmiyyət  verərək,  bu
               qiymətli  xəzinələri  öyrənməyə  çalışacaq.  Müsəlmanların  müxtəlif
               elmləri öyrənməyə yüksək əhəmiyyət göstərməsi, doğrudan da, çox
               heyrətamizdir. İslam fəthləri zamanı onlar tutduqları hər bir şəhərdə
               birinci  olaraq  məscid  və  mədrəsələr  inşa  edirdilər.  XII  əsrin
               alimlərindən  olan  Bencamen  Tuvel  yazırdı  ki,  mən  təkcə
               İskəndəriyyə şəhərində 20 elmi laboratoriya görmüşdüm. Bağdad,
               Qahirə  və  başqa  müsəlman  şəhərlərində  çoxlu  elmi  mərkəzlər,
               laboratoriyalar, kitabxanalar və rəsədxanalar mövcud idi. Halbuki
               Avropada ilk kitabxana bundan 400 il sonra Parisdə təsis edilmişdi.

                     Məntiqin əhəmiyyəti
                     Məntiqin əsas əhəmiyyəti “sofizm“ dərsində özünü tamamilə
               büruzə  verəcək.  Təfəkkürün  formaları  ilə  tanış  olduqdan  sonra
               zehnin bu prosesi zamanı insanın nə qədər məsuliyyətli olduğu daha
               aydın  olur.  İnsanı  başqa  varlıqlardan  fərqləndirən  məsuliyyət
               hissinin  mənşəyi  təfəkkürlə  bağlıdır.  Məntiq  elminə  qısa  şəkildə
               “Məntiq düzgün təfəkkürün qanunudur”, – tərifini versək, insanın bu
               məsuliyyətin  öhdəsindən  gəlməsi  üçün,  məntiqə  olan  ehtiyacı  və
               məntiqin  əhəmiyyəti  daha  aydın  görünür.  Zehnin  bu  mürəkkəb
               proses zamanı nələrlə  üzləşdiyini aşağıda  bir daha qeyd etməklə,
               məntiqə olan ehtiyac və onun əhəmiyyətinin zehində aydınlaşması,
               şübhələrin  aradan  qalxması  üçün  mövzunu  bir  qədər  də
               genişləndirək.
   99   100   101   102   103   104   105   106   107   108   109