Page 102 - Islamic Studies 07
P. 102
Nəhcülbəlağədə əmanətdarlıq / 101
Məntiq bizə düzgün “düşünməy”i və “təfəkkür”ü öyrədir.
Deməli məntiqin predmeti təfəkkürdür. Təfəkkür də ya tərif, ya
bölgü, ya da əqli-nəticə formasında olur.
Alimlər hər bir elmlə bağlı üç əsas ünsürə diqqtə olunmasını
deyirlər:
1. Predmet
2. Əhəmiyyət
3. Tərif
Məntiq elmi də müstəqil bir elm kimi, bu üç əsas ünsürdən kənar
deyil. Bu elmlə tanışlığa başlayan şəxs onun predmetini, əhəmiyyətini
və tərifini bilməlidir.
İslam dininin elm və tərəqqisinin “Qızıl əsr”i adlandırılan döv-
rdə müsəlmanlar Quran və hədislərin bu istiqamətdə şövq-
ləndirməsi ilə müxtəlif elmlərdə öz sözlərini deməyə başladılar. Bu,
ilk olaraq digər mədəniyyətlərdən tərcümə şəklində həyata
keçirilirdi. Yunan elmləri İskəndəriyyə elmi mərkəzi vasitəsilə
İslam aləminə yol tapdıqdan sonra, Abbasi xəlifəsi Məmunun (786-
833) dövründə Bağdadda “Beytül-hikmət” adlı elmi mərkəz
qurulmuşdu. Məmun, İbn Təriq və Həccac ibn Mətər kimi xarici
dillərin bilicisi olan alimləri əcnəbi ölkələrə göndərib, oradakı
yunan, fars, latın, siryani və hind dillərində olan həndəsə, riyaziyyat,
tibb və fəlsəfəyə dair kitabları əldə edərək Bağdada gətirməyi
göstəriş vermişdi. Onlar da hər yerdən qiymətli kitabları tapıb
Məmuna göndərirdilər. Məlumata görə, bu kitablar yüz dəvə yükü
qədər idi.
Bütün Avropada elm-maarif mərkəzi tapılmayan dövrdə
(çünki həmin dövrlərdə Avropada kilsə hakimiyyəti hökm sürürdü
və kilsə öz mənafeyi üçün elmin üzə çıxmasına imkan vermirdi), İs-
lam ölkələrində çoxsaylı belə mərkəzlər var idi. Həmin elmi mər-
kəzlərdə bütün sahələr üzrə tədqiqatlar aparılır və mütəxəssislər
yetişdirilirdi. Səlib yürüşlərinin başlanması ilə İslam mədəniyyəti və
elmi nümunələri sürətlə Avropada da yayıldı.
“Beytül-hikmət” elm mərkəzində bəzi yunan elmləri ilə yanaşı,
məntiq elmi də tədris edilirdi. Aristotelin məntiq haqqında yazdığı
səkkiz traktat ərəb dilinə tərcümə edildi.