Page 101 - Islamic Studies 07
P. 101

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 100

                     Giriş
                     Məntiq elminin tarixi, təqribən, şifahi olaraq Sokrat və ondan
               öncəki filosoflarla başlasa da, yazılı olaraq Aristotellə bağlıdır. Yəni
               onlar  zehinlərində  bu  qanunlara  söykənərək  fikir  yürütsələr  də,
               sonradan bu qanunlar Aristotel vasitəsilə qələmə alındı.
                     Qədim Yunanıstanda böyük filosof olan Sokratın zamanında
               bir  qrup  mənafepərəst  hakim,  məhkəmələrdə  gizli  məntiqsiz-
               liklərdən,  dolaşdırmalardan  istifadə  edərək,  qəsdən,  günahkarı
               günahsız çıxarır, bununla da özləri üçün gəlir əldə edir, var-dövlət
               toplayırdılar. Onlar düzü əyri, əyrini də düz kimi qələmə verməkdə
               mahir idilər.
                               1
                     “Sofizm”  adlanan bu məntiqi dolaşdırma get-gedə yayılaraq,
               nəhayət, bir məktəb kimi formalaşdı. Onlar o qədər belə dəlilgətirmə
               ilə yaşadılar ki, nəhayət, haqqı batil, batili haqq kimi qəbul etməyin
               mümkünlüyünə inandıqdan sonra həqiqəti inkar etməyə başladılar.
               Bəziləri  həqiqətin  varlığında,  bəziləri  isə  onu  əldə  etməyin,  əldə
               etdikdən  sonra  da  başqalarına  ötürməyin  mümkünlüyündə  şübhə
               edirdilər.
                     Sofizm cərəyanı cəmiyyətdə yayılmağa başladığı zaman həmin
               cərəyanın qarşısını almağa çalışan və buna nail olan ilk şəxs kimi
               tanınan məşhur filosof Sokrat idi. Bundan sonra da Onun şagirdləri
               tərəfindən məntiq elmi formalaşmağa başladı. Və nəhayət Aristotel
               bu elmi hazırladı.

                     Tarixi baxış
                     Aristotelin kəşflərindən biri də onun, elmləri bir-birindən möv-
               zuları ilə fərqləndirməsidir. O deyir: “Hər bir elm müəyyən predmet,
               yaxud  mövzu  haqqında  danışır  və  elmlər  də  öz  mövzuları  ilə  bir-
               birindən fərqlənirlər“. Məsələn: psixologiya elminin predmeti insan
               psixikasıdır; tibb elmi də psixologiya kimi insanı öyrənsə də, onun
               predmeti insanın daxili aləmi yox, bədənidir və s. Məntiq də bir elm
               olduğundan,  aydındır  ki,  onun  da  müəyyən  mövzusu  olmalıdır.
               Əvvəlki dərslərdə də bu haqda danışdıq.




               1  Bax: 25-ci dərs.
   96   97   98   99   100   101   102   103   104   105   106