Page 105 - Islamic Studies 07
P. 105

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 104

                     Nitq qabliyyəti
                     Nitq iki yerə ayrılır: zahiri (danışmaq) və daxili (təfəkkür).

                     Zahiri nitq: İnsanı Yaradan başqa varlıqlardan fərqləndirərək
               ona nitq, danışıq qabiliyyəti vermişdir. Hansısa bir dili öyrənən şəxs
               həmin dildə fikrini ifadə edə bilmək üçün əvvəlcə sözlərin mənalarını,
               sonra isə həmin dilin qrammatikasını öyrənməlidir.

                     Batini nitq: İnsana “əsası təfəkkürə söykənən nitq”i bəxş edən
               (Allah),  dediyimiz  kimi,  onu  başqa  varlıqlardan  fərqləndirmişdir.
               Zahirdə onu başqalarından  fərqləndirən xüsusiyyət onun  ünsiyyət
               vasitəsi olan nitqi olsa da, əslində, əsas fərqləndirici cəhəti batini
               nitq, yəni təfəkkürdür.
                     Təfəkkür  zamanı  bəzən  alınan  nəticələr  yanlış  olur.  Misal
               üçün, zehnin, təfəkkür forması olan əqli-nəticə prosesi zamanı əldə
               etdiyi aşağıdakı nəticələrə nəzər salaq:
                     – Sokrat insandır. Hər bir insan elmlidir. Deməli, Sokrat da
               elmlidir.
                     – Mühəndislər plan hazırlayırlar. Başqasının hazırladığı plana
               etimad  etmək  olmaz.  Elə  isə  mühəndislərin  hazırladığı  plana  da
               etimad etmək olmaz.
                     – Aristotel yunanıstanlıdır. Yunanıstanlılar filosof olurlar. De-
               məli, Aristotel də filosof olmalıdır.
                     – Allah nurdur. Hər bir nur hiss edilir. Elə isə Allah da hiss
               edilir.
                     – Allah gözə görünməzdir. Gözə görünməz varlıqlar yoxdur.
               Elə isə Allah da yoxdur.
                     Bu misallar haqqında azacıq düşünməklə, verilən izahlara əsa-
               sən, alınan nəticələrin yanlış olduğu aydın görünür.
                     Yanlış nəticələr verən yuxarıdakı kimi hallar bəzən bilmədən,
               bəzən isə bilərəkdən olur. Müxtəlif nəticələrin zehnin məhsulu oldu-
               ğunu, düzgün və yanlış nəticələrini və məntiqin zehinə özünəməxsus
               bu  hərəkətə  köməyini  nəzərə  alsaq,  bu  zaman  məntiq  elminin
               əhəmiyyəti məlum olur. Bundan əlavə, məntiqin özü ilə dərindən
               birbaşa  münasibətdə  onun  əhəmiyyəti  özünü  daha  aydın  şəkildə
               göstərir.
   100   101   102   103   104   105   106   107   108   109   110