Page 93 - Pure Life 04
P. 93
92) / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
Ancaq edilən yaxşılıqların gizli olması tövsiyə edilir.
İncildə bu haqda buyurulur: “ Birinə sədəqə verdiyiniz
zaman şeypur çalaraq elan etməyin. Siz sədəqə verərkən
sol əliniz sağ əlinizin nə etdiyini bilməsin. Verdiyiniz
sədəqələr gizli qalsın. Gizli edilənləri görən atanız sizə
mükafatlandıracaqdır.” (Matta İncili 6/2,4)
Buddizm və Hunduizm kimi Şərq dinlərində də yaxşılıq
etmək əmr edilmiş və səadətə çatmağın yolu kimi qəbul
edilmişdir.
Məsələn Buddizmə görə, bütün canlılara fərq
qoymadan sevgi və xoş niyyətlə yaxınlaşmaq, hər canlıya
mərhəmət etmək və başqalarının uğurlarına sevinmək
insanı səadətə çatdıran yollardır. Buna görə də bir buddist
bütün canlılarla, məxsusən insanlarla yaxşı davranmalıdır.
Konfuizmdə başqalarının çətinliklərini bölüşmək,
onlara şəfqət göstərmək təməl əxlaqi qanunlardandır.
• Böyüklərə hörmət - Böyüklərə yaş və həyat
təcrübələrindən dolayı hörmət edilməlidir. Qocalıq hər
insanın bir gün yaşlanıb sevgiyə, şəfqətə ehtiyaclı olduğu
bir dönəmdir. Buna görə bütün dinlər böyüklərə hörməti
əmr etmişlər.
İslam dininə görə böyüklərə hörmət etmək əxlaqi
keyfiyyətlərdən sayılır. “Rəbbin yalnız Ona ibadət etməyi
və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl
davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər
ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına
yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz
söyləmə. Onlarla xoş danış!” (İsra - 23) “Biz insana ata-
anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı,
onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu
(bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən)
kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: )