Page 100 - Islamic Studies 01
P. 100

Fitrətin insanın fərdi... / (99


               sahibini axtarır və bundan başqa heç bir şeyə aşiq ola bilməz.
               İnsanın məşuqu ancaq və ancaq Allah ola bilər. Hətta Allahı
               danıb,  inkar  edən  şəxslər  də,  özlərindən  xəbərsiz  halda  və
               fitrətən Allahı sevirlər, amma zahirdə onu itiriblər.
               İnsanın dərdi ancaq və ancaq Allah dərdidir. O, bunu düzgün
               başa düşsə, ibadətləri Əli (ə.)-ın aşiqcəsinə etdiyi ibadətlər tək
                            1
               olacaqdır”.

               Fitrətin insanın ictimai həyatındakı rolu
               Bura  qədər  deyilənlərdən  nəticə  əldə  edirik  ki,  insanların
               səadəti  fitrət  qanunlarına  əsasən  yaşamalarındadır.  Fitrət
               qanunları insanın fitrətində olan həqiqətlərdir. Ayədə buyrulur:

               “Allah həmin fitri din əsasında insanları yaratmışdır”. Belə
               bir fitrət dini yaşanmadıqda, insanlar arasında bir çox fəsad və
               problemlər  yaranır.  Şəxsi  dünəyəvi  maraqlar,  tamahlar,  bu
               uğurdakı  çəkişmələr,  bunun  nəticəsindəki  qorxu,  təşviş  və
               zülmlər,  bir  cəmiyyətin  rahatlığını  əlindən  alan  amillərdir.
               Müxtəlif  cəmiyyətlərdə  müşahidə  olunan  cinayətlər,  haqsız
               qətllər və digər bütün mənfi hallar (qanunsuz nikahlar (zina),
               sələm,  oğurluqlar,  boşanmalar,  abortlar,  intiharlar  və  s.),
               insanların     fitrət    nizamına      əsasən     yaşamamalarından
               qaynaqlanır.  Elə  bir  fitrət  nizamı  ki,  aləmə  rəhmət  və
               məhəbbət  saçır,  insanları  çirkinliklərdən,  pisliklərdən
               uzaqlaşdırıb, onları yaxşılığa dəvət edir. Allah-taala buyurur:
               “Həqiqətən,  Allah  (Quranda  insanlara)  ədalətli  olmağı,
               yaxşılıq  etməyi,  qohumlara  (haqqını)  verməyi  (kasıb
               qohum-əqrəbaya  şəriətin  vacib  bildiyi  tərzdə  əl  tutmağı)
               buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə




               1. “İnsan tanıma”, Ustad Şəhid Mürtəza Mütəhhəri, səh. 119-120.
   95   96   97   98   99   100   101   102   103   104   105