Page 95 - Islamic Studies 01
P. 95

,
               94) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               Əhli-Beyt (ə.s.) hədislərində fitrət ayəsinin təfsiri ilə bağlı 15-ə
                                                   1
               yaxın  hədis  nəql  edilmişdir.   Hədislərdə  fitrət  ayəsinin
               “Tövid”,  “Mərifətullah”  (Allahı  tanımaq),  “İslam”,  “Vilayət”
                                                      2
               olması haqda hədislər nəql edilib.

               Təkvini şəhadət
               Allah-taala      buyurur:     “Bir     zaman       Rəbbin       Adəm

               övladlarından – onların bellərindən nəsillərini çıxartdı və
               onları  özlərinə  şahid  tutdu  ki:  “Mən  sizin  Rəbbiniz
               deyiləmmi?”  onların  hamısı:  “Bəli,  (Rəbbimiz  olmağına)
               şəhadət  verdik”  dedilər.  (Allah  belə  etdi  ki,)  məbada
               Qiyamət günü “biz bundan qafil idik” deyəsiniz”.
               Və ya: “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular,
               biz  də  onlardan  sonra  gələn  bir  nəsil  idik  (onların  izi  ilə
               getdik).  Məgər  bizi  batilə  uyanların  (haqq  yoldan
               sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən?” –
                                        3
               deməməniz üçündür.
               Bu ayələr Fitrət ayəsinin şərhdir. Ayədəki dialoq, ləfzi, həqiqi
               yox,  təkvinidir.  Təkvini  şəhadət,  insanın  fitrətən  Allahın
               varlığına şəhadət verməsidir. Yəni insan bu həqiqəti (tövhidi)
               təsdiq  etmək  qabiliyyəti  üzərində  yaradılıb.  Əgər  nəfsani
               meylləri kənara qoyub yaradılışa diqqət etsə, fitrətən şəhadət
               verəcəkdir ki, Allah var və birdir....




               1.  “Məfahimul-Quran”, Ayətullah əl-üzma Şeyx Cəfər Sübhani, c. 1, səh. 68.
               2.  “Əl-Kafi”, Şeyx Kuleyni, c. 2. Kitabul-iman vəl-kufr, babu fitrətil-xəlq əlat-
               təvhid, hədis: 1; “Məfahimul-Quran”, Ayətullah əl-üzma Şeyx Cəfər Sübhani, c.
               1, səh. 68; “Əl-Kafi”, Şeyx Kuleyni, c. 2. Kitabul-iman vəl-kufr, babu fitrətil-
               xəlq əlat-təvhid, hədis: 4; “Təfsiru Əli ibn İbrahim əl-Qummi”, c. 2, səh. 155;
               “Əd-Durrus-səmin  fiş-şəhadətis-salisəti  bi  vilayəti  Əmiril-muminin  (ə.)”,
               Ayətullah əl-üzma Şeyx Xəlil Mübəşşir Kaşani, səh. 287; “Usulul-Kafi”, Şeyx
               Kuleyni, c. 1, hədis: 35.
               3.  Əraf surəsi, 172-174-cü ayələr.
   90   91   92   93   94   95   96   97   98   99   100