Page 97 - Islamic Studies 01
P. 97
,
96) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
(göyə) və yerə belə buyurdu: 'İstər-istəməz vücuda gəlin!'
Onlar da: 'İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda
1
gəldik!' – deyə cavab verdilər.”
Məlumdur ki, burada yer və göyə söz ilə xitab edilməyib. Yer
və göy təkvini olaraq Allahın iradəsi qarşısında təslimdirlər.
Digər ayədə buyrulur: “Rəbbin bal arısına belə vəhy (təlqin)
etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları
çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər
tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin
sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya:
“Rəbbinin yollarını itaətlə tut!”) (O arıların) qarınlarından
insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı)
bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün
2
bir ibrət vardır!”
Məlumdur ki, hər bir bal arası yaradılarkən, bir-bir onlara söz
ilə bu xitab edilmir. Bal arısı və həmçinin digər məxluqlar,
onlar üçün təkvini olaraq müəyyən edilən istiqamətlə hərəkət
edirlər. Allah-taala buyurur: “(Musa) dedi: “Rəbbimiz hər
şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu
3
göstərəndir!””
Buna əsasən də, insandan alınan şəhadət təkvini şəhadətdir. Bu
(təkvini şəhadət), əvvəldə danışdığımız “fitrət üzərində
yaradılma”dır. Əgər belə olmasaydı, o zaman insan qiyamət
günü, belə mərifətinin olmamasını özü üçün üzr olaraq dəlil
gətirərdi.
Buradan belə nəticə əldə edirik ki, Allahın varlığı o qədər
aşkardır ki, özünə və kainata yönələn hər bir insan, kainat və
özü haqda, nəfsani istəkləri bir kənara qoyaraq təfəkkür etsə,
Rəbbinin “Mən sizin Rəbbiniz deyiləmmi?” sualını eşidəcək
1. Fussilət surəsi, 11-ci ayə.
2. Nəhl surəsi, 68-69-cu ayələr.
3. Taha surəsi, 49-50-ci ayələr.