Page 96 - Islamic Studies 01
P. 96
Fitrətin insanın fərdi... / (95
1
Bunu da qeyd edək ki, bəzi İslam alimləri bu ayə və həmçinin
bəzi hədislərə əsaslanaraq “zərr” adlı aləmin varlığına etiqad
etmişlər. Lakin bir çox alimlər belə bir aləmin mövcudluğunu
2
qəbul etməmişlər. Məsələn, Şeyx Mufid (r.ə.) , Şeyx Tusi
3
4
5
(r.ə.) , Şeyx Təbərsi (r.ə.), Seyid Mürtəza Ələmul-huda (r.ə.),
6
7
Əllamə Muhəmmədismayıl Xacuyi (r.ə.), Əllamə Şərafuddin
8
9
Amili (r.ə.), Ayətullah əl-üzma Şeyx Cəfər Sübhani (h.),
10
Ayətullah əl-üzma Şeyx Nasir Məkarim Şirazi (r.ə.) ,
11
Ayətullah əl-üzma Seyid Muhəmmədhüseyn Fəzlullah (r.ə.),
Ayətullah əl-üzma Şeyx Muhəmmədəli Gerami (h.) və s.
12
kimi İslam alimləri, belə bir aləmin varlığını qəbul etməmiş və
bəziləri ayədəki şəhadətin təkvini şəhadət olduğunu demişlər.
Fitri və xilqət nizamı arasındakı təkvini danışığı, insanların
başa düşdüyü ləfzi danışıq şəklində çatdırmaq gözəl bir bəyan
üslubudur. Allah-taala buyurur: “Sonra Allah tüstü halında
olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona
1. Əraf surəsi, 172-174-cü ayələr.
2. “Təshihu etiqadil-İmamiyyə”, Şeyx Mufid, səh. 83.
3. “Ət-Tibyan fi təfsiril-Quran”, Şeyx Tusi, c. 5. Əraf surəsi 172-174-cü
ayələrin təfsiri.
4 .“Təfsiru cəvamiil-cami”, Şeyx Təbərsi, c. 1, səh. 719.
5. “Əl-Əmali”, Seyid Mürtəza Ələmul-Huda, c. 1, səh. 28-29.
6. O, Şeyx Mehdi Nəraqinin (r.ə.) ustadlarından olub.
7. “Cəmiuş-Şətat”, Əllamə Muhəmmədismayıl Mazandarani Xacuyi, səh. 69.
“Ər-Rəsailul-etiqadiyyə”,c. 2, səh. 329.
8. “Fəlsəfətul-misaq vəl-Vilayət”, Əllamə Seyid Əbdül-Hüseyn Şərafuddin
Amili, səh. 16-18.
9. “Məfahimul-Quran”, Ayətullah əl-üzma Şeyx Cəfər Sübhani, c. 1, səh. 31.
10. “Təfsire Numune”, Ayətullah əl-üzma Şeyx Nasir Məkarim Şirazi, Əraf
surəsi 172-174-cü ayələrin təfsiri.
11. “Təfsir min vəhyul-Quran”, Ayətullah əl-üzma Seyid Muhəmmədhüseyn
Fəzlullah, Əraf surəsi 172-174-cü ayələrin təfsiri.
12. www.ayat-gerami.ir