Page 99 - Islamic Studies 01
P. 99
,
98) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
onun üçün təyin olunan istiqamətlə hərəkət (seyr) edir və
nəticəyə çatır. Beləliklə nəticə olan xurma meyvəsini ən gözəl
şəkildə təqdim edir. Quş, heyvan, həşərat və s. bütün
yaradılmış varlıqlar öz seyrlərini kamil bir şəkildə
tamamlayırlar.
Buna əsasən də bütün yaradılmış varlıqların başlanğıcı və (öz
qabiliyyətləri həddində) hərəkət seyri vardır (toxum meyvə
olur, canlı bala böyüyüb başa çatır və s.). Həmçinin insanın da,
bədən və ruhunun başlanğıcı və kamalata doğru hərəkət seyri
var. Lakin bədəni üçün son olsa da, ruhu üçün sonluq yoxdur.
Ayətullah Mürtəza Mütəhhəri (r.ə.) buyurmuşdur ki: “Ariflər
insanda olan eşq və məhəbbət hissinə böyük əhəmiyyət
verirlər. Onların nəzərincə, eşq bütün varlıqlarda mövcuddur.
O cümlədən hava, torpaq, od, külək və atom zərrəciklərində
belə, eşq cərəyanı mövcuddur. Ümumiyyətlə həqiqət eşq
deməkdir. Ondan başqa hər bir şey həqiqət üzərində zahir olan
bir məcazdır. Mövləvi deyir: Yəni eşq bir dərya, asiman isə
onun üzərindəki köpüyə və ya Züleyxanın Yusif eşqinə
düşməsinə bənzəyir.
Hafiz deyir: Biz bu qapıya cah-cəlal xatirinə deyil, hadisələrin
çətinliyi üzündən gəlmişik. Eşq yolunun yolçusuyuq, yoxluq
aləmindən varlıq dünyasına qədəm qoymuşuq.
Hafizin bu beyti “Səhifeyi-Səccadiyyə”-nin bir cümləsinin
tərcüməsidir. Həmin cümlədə həmd-sənadan sonra buyurulur:
“Allah-taala aləmi heçdən (heç bir nümunəsi olmadan)
yaratdı. Sonra isə onu Özünün eşq və məhəbbət yoluna
yönəldərək həyat bəxş etdi”.
Ariflərin nəzərincə eşq, hətta ucalaraq Allah-taalaya yetişə
1
bilən bir qüvvədir. Arifin həqiqi məşuqu Allahdır .
Şəhid Mütəhhəri (r.ə.) həmçinin belə buyurmuşdur: “İnsan
məhdud və fani bir şeyin aşiqi ola bilməz. O, mütləq bir kamal
1. “İnsan tanıma”, Ustad Şəhid Mürtəza Mütəhhəri, səh. 115-116.