Page 16 - Islamic Studies 01
P. 16
Qloballaşma və müsəlmanların... / (15
kənarda qalmamalıdır, əks halda İslam qurumlarının
dağılmasına və müsəlman ictimai quruluşunda parçalanmaya
səbəb olacaqdır. İslam paradiqmasından qloballaşmanın
yaratdığı fürsətlər vasitəsi ilə ümməti necə birləşdirmək barədə
fikirlər də çox qiymətlidir. Bu araşdırmanın mövzularındakı
müzakirə, İslam dini və mədəni kimliyini itirmədən müasir
şəraitdə dəyərlərin və mədəni ünsürlərin inkişafına və
artırılmasına təkan verməkdir.
Qloballaşmanın müxtəlif baxımdan və ölçülərdən fərqli
tərifləri və şərhləri var. Bu, qlobal əlaqənin genişlənməsi və
qlobal miqyasda ictimai həyatın təşkili və dünya cəmiyyətinin
konsolidasiyası üçün qlobal şüurun böyüməsinə geniş yer
verir. Bu, insanın innovasiya və texnoloji tərəqqinin
nəticəsidir. Coğrafi və geosiyasi sərhədləri parçalayan və
dünyanı vahid qlobal bir kəndə çevirən bir sıra tədbirlərdir ki
bunlar tədricən həyata keçirilir. Qurulmaqda olan dünya,
sərhədsiz və şəffafdır, burada hər şeyin bütün hallarda kəskin
rəqabətə töhfə verə biləcəyi qloballaşma prosesi, dünyanın
strukturunu nəhayət qlobal bir kəndə aparacaqdı. Dünyadakı
cəmiyyət, mədəniyyətlər, təsisatlar və fərdlər arasında
əlaqələrin tənzimlənməsi mürəkkəb bir prosesdən
keçməkdədir. Bu, zamanın və məkanın sıxılmasını əhatə edən
sosial bir prosesdir. Bu da bir fenomen deyil, beynəlxalq
sistemi və hər bir ölkənin daxili siyasətini və xarici əlaqələrini
formalaşdırır. Obrazlı ifadə etsək, Nə yaxşı, nə də pis olmayan
bir atəş kimidir. Düzgün istifadə olunarsa, yaxşı məqsədlər
üçün istifadə edilə bilər və ehtiyatsız istifadə olunarsa
insanların və cəmiyyətin hüzurunun pozulmasına,
mədəniyyətlərin və bir çox mənəvi dəyərlərin aradan
getməsinə səbəb ola bilər.