Page 163 - Islamic Studies 01
P. 163
,
162) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
nəticələrə, gələcəyə nikbin və ümidlə yanaşır, çünki Allahın
hər şeyin idarəsində rolu var və müsəlman şəxs Allah haqqında
nikbindir və bəndələrinin mənfəətlərinə uyğun olaraq hər şeyi
idarə etdiyinə inanır. Bu səbəbdən müvəffəq olacağına pozitiv
baxa bilər - Allahın yardımı ilə əməllərindən yaxşı nəticə
alacaq, Allah ona dişləmələrdən və bəlalardan qorunmağa,
çətinlikləri dəf etməyə kömək edər. Deməli, müsəlman bir ailə
üzvünün nikbinliyi əbəs yerə və səbəbsiz deyil, Allahın
mərhəmətinə və lütfünə güvəndiyinə görədir.
Həyat məsələlərinə müsbət baxışı və xoşagəlməz hadisələri
optimist şəkildə izah etməsi problemləri həll etmək bacarığına
təsir göstərir. Bədbin izahlar isə insanların neqativ emosional
vəziyyətə düşməsinə səbəb ola bilər. Bu vəziyyətdə fiziki
xəstəliklərin üzə çıxması ehtimalı da artır, xəstəlik də öz
növbəsində səmərəli həyat prosesinə mənfi təsir qoyur. Pozitiv
baxış insanı problemin həllindən ötrü planlar qurmağa vadar
edir. Bu planlar üzərində hərəkət edərək, işlərin adətən, onun
istədiyi kimi getməsini gözləyir və bu, onun səyini iki qat
1
artırır.
Bu üzdən, ortaya çıxan problemlərə və bədbəxtliklərə qarşı
həyata müsbət baxışın duygusal vəziyyətə təsir etdiyini, ailə
üzvlərinin münasibətlərini yaxşılaşdırdığını və ailənin
səmərəliliyinə səbəb olduğunu qeyd etmək olar.
Səmərəli ailə üzvləri də Allaha nikbinlik sayəsində bir-
birlərinə pozitiv baxır və digər üzvlərə müsbət və konstruktiv
yanaşırlar, onlarla münasibət qurarkən düşüncələrə,
hərəkətlərə və davranışlara pozitiv baxmağa can atırlar.
1. Di Matteo, Musəvi və həmkarlarının nəqlinə əsasən, 1999.