Page 161 - Islamic Studies 01
P. 161
,
160) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
və etimadlılıq üstünlük təşkil edərsə güvən və etibar da əldə
edilir. Həmçinin elmi, mədəni, tərbiyəvi, hüquqi, iqtisadi və s.
fəaliyyətlər arasında heç bir fərq yoxdur. Alim, pedaqoq,
menecer, siyasətçi, uşaq və həyat yoldaşı bir neçə dəfə
başqalarına və münasibətdə olduğu insanlara yalan danışarsa,
nüfuzunu və dəyərini sürətlə itirər, cəmiyyətin, xüsusən də
1
kiçik ailə cəmiyyətinin səmərəliliyi azalar və ya pozular.
Dürüstlük ruhi sağlamlığı təmin edir və insana cəsarət verir,
yalan və yalançılıq isə insanı həmişə qorxu vəziyyətinə salır,
daima yalanlarının ifşa olunacağından qorxur. Ruhi sağlamlığı
olmayan bir insan, ailənin səmərəliliyinə doğru ciddi addımlar
ata bilməz.
Psixoloji analizdə dürüstlük, nitqinin və davranışının
məzmununa zidd heç bir marağı və ya niyyətinin olmadığı
danışıq və rəftara deyilir; yəni fərd açıq və aydın danışır. Bir
şəxs sözlü və ya fiziki ünsiyyətdə sədaqətli olmadıqda,
ziddiyyətli və ya iki səviyyəli bir ünsiyyət qurulur, belə ki,
şəxsin nitqinin məzmunu bir şeydir, qalan varlığı isə başqa bir
şeyi ifadə edir, yaxud davranış və danışığından marağı, niyyəti
2
başqa bir şeydir.
Bu səbəbdən ailədəki münasibətlərin sağlamlığını, habelə
ailənin inkişafını və səmərəliliyini qazanmaq üçün səs tonu,
göz təması, baxışlar, bədən duruşu və bədən hərəkətləri kimi
şifahi və fiziki əlaqələr aydın, şəffaf olmalı və insanı
çaşdırmamalıdır. Şəxsin sözləri nəinki üzün vəziyyəti, bədən
mövqeyi və səs tonu ilə uyğun gəlməli, həm də niyyətini və
1. Məkarim Şirazi, 1998.
2. Salarifər, 2006.