Page 159 - Islamic Studies 01
P. 159
,
158) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
İmam Əli (ə) əməldəki səbri bədəndəki baş hesab edir və
buyurur ki, baş bədəndən ayrıldığında bədən xarab olduğu
1
kimi, səbir də əməllərdə olmadıqda əməllər xarab olur.
Ailədə bəzən üzvlər uğursuzluqlarla üzləşir və ya arzularının
həyata keçməsi üçün vaxt lazımdır. Həmçinin, bəzən fiziki
xəsarətlər alırlar və bir çox hallarda aralarındakı əlaqənin
pozulması ailədaxili qarşıdurmalara, qeyri-münasib
davranışlara zəmin yaranmasına səbəb olur. Ailə üzvləri
özlərini idarə edə bilmirlərsə, problemlərə qarşı səbir və
dözümlülük yoxdursa, ailə ciddi travma alacaq; bu halda fərdin
öz ehtiyacları qarşılanmayacaq, üstəlik başqaları üçün də
problem yaradacaq. Stres, təzyiqlər qarsşısında səbirsizliyin ilk
məhsuludur. Səbirli bir insan, hadisələr qarşısında səbirli
olmaqla ailənin uğurunu və səmərəliliyini qoruyub saxlaya
bilər, halbuki başqalarının yersiz davranışlarına dərhal və
düşüncəsiz reaksiya vermək peşmanlığa gətirib çıxarır. Ancaq
səbr, insana doğru zamanda və səhv edənin davranışına qarşı
doğru davranış, reaksiya göstərməyə imkan verir.
Bir ailə üzvlərinin uzun müddət birgə olması səbəbiylə
aralarında ixtilafların olması təbiidir. Əgər üzvlərdən hər biri
yalnız öz istəklərini düşünmək, onlara çatmaq, fərdi
ehtiyaclarını ödəmək və çatışmazlıqlar qarşısında səbirsizlik
göstərmək istəyirsə, xoşbəxtliyinə və məqsədlərinə çata
bilməz.
1. Məhəmmədi Reyşəhri, Mizan əl-hikmət, hədis. 10064