Page 162 - Islamic Studies 01
P. 162
Ailənin səmərəliliyində... / (161
şüuraltı vəziyyətləri izah etməlidir. Əslində, insanın
emosional, duyğusal, davranış və idrak da daxil olmaqla bütün
psixoloji ölçüləri bir həqiqəti göstərməlidir. Bu cür dürüst,
səmərəli və normal ünsiyyət ailə üzvlərinə sədaqətli,
məsuliyyətli, ləyaqətli, yaradıcı olmağa, kamala çatmağa və
problemlərin öhdəsindən gəlməklə ailə məhsuldarlığını
1
artırmağa imkan verir.
9. Ailə üzvlərinin pozitiv düşüncəsi
Pozitiv düşüncə, Allaha, özünə, insanlara, hadisələrə,
cisimlərə və fövqəltəbii aləmə və ümumiyyətlə təbii aləmə
qarşı optimist və pozitiv münasibətlərin birləşməsidir və buna
əsasən insan qabiliyyətlərinə uyğun olaraq kainatdan və onda
baş verənlərdən yaxşı nəticələr gözləyir. Bu tərifə əsasən,
insanlar, həyatın bütün vacib sahələrində problemlərlə
qarşılaşdıqda, ümumilikdə yaxşı nəticələrin (pisin əksinə)
2
ortaya çıxacağı gözləyirlər. Optimizm, bir insanın ən yaxşı
nəticələr gözləmək və bir vəziyyətin ümidverici tərəflərinə
diqqət yetirmək meylini əks etdirir.
Dini mənbələr, Allahın mərhəməti haqqında nikbinliyə və
Allahın işlərinə olan ümidə böyük əhəmiyyət verir. Məsum
imamın (ə) bir hədisində oxuyuruq ki, “İnsan Allah və Onun
işləri haqqında bədbin olduqda məyusluq, ümidsizlik və
3
bədbinliyə məhkum olur”. Əslində mömin Allaha imanı və
güvəni olduğuna görə onun haqqında nikbindir və əməllərə,
1. Salarifər, 2006.
2. Scheier and Garver, 1985, Dunavolddan nəql edirlər, 1997.
3. Məclisi, Bihar əl-ənvar, c. 5, səh. 48