Page 175 - Islamic Studies 01
P. 175

,
               174) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               sahib olan insanlar İslam dinini etiqadı olması ilə yanaşı, fiqh,
               əxlaq,  təfsir,  kəlam,  bir  çox  tərcübi  elmlərin  ümumi
               müddəalarını       da    bəyan      etmişlər.1     Bu     nəzəriyyədə
               psixologiyanın  İslami  adlandırılması  onun  mənbələrinə
               əsasəndir. Buna görə də, əgər psixologiya qanunları Quran və
               hədislərdən  əldə  edilərsə,  hərçənd  onu  irəli  sürən  nəzəriyəçi
               müsəlman olmas abelə ona İslami deyirlər.

               İslami psixologiya müsəlmanlar üzərində aparılmış təcrübə və
               analizlərdən  əldə  edilmiş  bir  elmdir.  Buna  əsasən  də,
               psixologiyanın  İslami  olması  üçün  inkişaf,  şəxsiyyət,
               öyrənmək,  ruhi  pozuntular  və  s.  kimi  müxtəlif  mövzularda
               aparılan  psixologi  təhqiqatların  müsəlmanlar  üzərində
               aparılması gərəkdir.
               İslami  psixologiya,  təcrübə  əsaslı  üslublardan  savayı,  əqli,
               nəqli və şühudi üslublarkimi İslamın qəbul etdiyi üslublardan
               da  istifadə  edən  bir  elmdir.  Bu  nəzəriyyəyə  əsasən  isə,  bir
               elmin  İslami  olmasının  ümdə  səbəbi  onda  istifadə  olunan
               təhqiqat üslublarıdır.
               İslami  psixologiya  o  elmdir  ki,  onun  ontologiya,
               epistemologiya,         antropologiya         fərziyyələri       İslam
               dünyagörüşünə əsaslanmış olsun.
               İslam psixologiyası üçün nəzərdə tutulan bu altı mənadan ikisi
               olduqca məşhurdur:
               Birincisi  budur  ki, müsəlmanlar dini qaynaqlarına  (Quran  və
               hədis) müraciət edərək, habelə nəqli dəillərə söykənərək İslamı
               psixologiyanın  əsasını  qurmuş  olsunlar.  Bu  zaman,  İslami
               psixologiyanın       ən     mühüm        xüsusiyyəti      ontologiya,
               epistemologiya, antropologiya əsaslarına söykənərək meydana
               gələcəkdir.
               İkincisi  budur  ki,  İslami  psixolgiya  fəlsəfənin  nəfsul  elm
               anlayışı  ilə  eyni  məfhum  olduğunu  və  İbn  Sina,  Faabi,  ibn

               1. Cavadi Amuli, Mərifət güzgüsündə şəriət, səh. 79-82.
   170   171   172   173   174   175   176   177   178   179   180