Page 46 - Islamic Studies 01
P. 46

Quranda uşaq hüququ




                                1
               Nigar Məmmədova

               Abstrakt
               İslam  dininin  ən  başlıca  mənbəyi  Qurandır.  O  sonuncu  və
               kamil  dinin  kitabı  olaraq  bəşəriyyətə,  insanlığa  lazım  olan
               bütün  sahələri  özündə  ehtiva  edir.  Bu  mənada    insanlığın
               mühüm  bir  hissəsi  olan  uşaqlar,  onların  hüquq  və  vəzifələri,
               tərbiyə əsasları, təmin olunma hüquqları, təkamül mərhələləri,
               ailə  qurmaq  və  cinsi  tərbiyə  və  digər  əhəmiyyətli  məsələlər
               barədə  Allahın  insanlara  yönəlmiş  göstərişlərini  Qurandan,
               Onun  sonuncu  elçısı  olan  Həzrəti  Peyğəmbərimizdən  (s)  və
               “ixtiyar  sahibləri”  olan  Əhli-beytdən  (ə)  öyrənməyimiz  ən
               düzgün yoldur.
               Qurani-Kərimdə  uşaqların  hüquq  və  vəzifələri  valideynlərə,
               həmçinin  daha  geniş  auditoriyaya  müfəssəl  şəkildə
               çatdirilmaqdadır.  Böyüklərin  bir  şox  hüquqları  olduğu  kimi,
               uşaqların  da  özünəməxsus  hüquqları  vardır.  Uşaq  öz
               valideynləri və ya qəyyumları tərəfindən tərbiyə olunmaq, öz
               maraqlarının  təmin  olunması,  hərtərəfli  inkişafı,  onun
               ləyaqətinə  hörmət  olunması,  müdafiə  olunmaq  və  digər
               hüquqlara  malikdir.  Həmçinin  uşaq  valideynləri,  ailə  üzvləri
               və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.





               1. İslam Araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları institutu, Əl-
               Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.
   41   42   43   44   45   46   47   48   49   50   51