Page 50 - Islamic Studies 01
P. 50

Quranda uşaq hüququ / (49


               indiyə,  yoxsulluq  qorxusunun  gələcəyə  aidliyi  ola  bilər.
               Əvvəlcə  “sizə  və  övladlarınıza  ruzi  verərik”,  sonra  isə
               “övladlarınıza  və  sizə  ruzi  verərik”  buyurulur.  Bu  ayələr
               cahiliyyət  dövrünün    böhranlı  iqtisadiyyatının  simasını
               göstərir.  Bugünkü  dünyamızda  iqtisadı  problemlər  və
               cəmiyyətin artımından nigaran olanlar çıxış yolunu doğuşların
               qarşısını almaqda görürlər. Bu da bir növ cahiliyyətdir.
               Övladın yaşamaq haqqı var, valideyn onu bu haqdan məhrum
               etməməlidir.  Yoxsulluq  zərərindən  qorxu  gunah  və
               başqalarının  hüququnun  pozulması  üçün  səbəb  ola  bilməz.
               İnsanın İlahi zəmanətə əminliyi onun günahlarına mane olur.
               Unutmayaq  ki,  Allah  ata-anadan  mehribandır  və  Ona
               bədgüman olmayaq.
               Müqəddəs  Kitabımızın  Bəqərə  surəsinin  233-cu  ayəsində
               analıq  hisslərinə  diqqətdən,  ana  südünün  əhəmiyyətindən,
               körpənin  südə  təbii  ehtiyac  ölçüsündən  və  südvermə
               müddətindən  bəhs  edilir:  “Südvermə  dövrünü  kamala
               çatdırmaq  istəyən  analar  övladlarına  tam  iki  il  süd  versinlər.
               Bu anaların yeməyi və geyimi yaxşı bir vəchlə övlad sahibinin
               öhdəsinədir. Heç kimə gücündən artıq vəzifə tapşırılmaz. Heç
               bir  ana  və  heç  bir  ata  öz  övladına  xatir  zərərə  düçar
               olmamalıdır. (Ata olmadıqda ananın yeməyi və geyimi) onun
               varisinin boynunadır. Əgər ata və ana bir-birləri ilə razılıq və
               məsləhət  əsasında  körpəni    (iki  il  tamam  olmamış)  süddən
               ayırmaq  istəsələr, onlar üçün günah  yoxdur.  Əgər övladınıza
               dayə  tutmaq  istəsəniz,  sizin  üçün  günah  deyil.  Bir  şərtlə  ki,
               bəyənilmiş  halda  müəyyənləşdirdiyinizi  ödəyəsiniz. Allahdan
               çəkinin və bilin ki, Allah əməllərinizi görəndir.”
               Ayədə ata, ana və övlad haqqında “əb” və “umm” sözləri yox,
               “valid”  və  “validə”  sözləri  işlədilmişdir.  Çünki,  “əb”  və
   45   46   47   48   49   50   51   52   53   54   55