Page 51 - Islamic Studies 01
P. 51
,
50) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
“umm” sözləri əmiyə, müəllimə, zövcənin atasına (qaynataya)
da şamil olunur.
Göründüyü kimi, islam əhatəli bir dindir. Hətta körpənin ana
südü ilə münasib qidalanma rejimi vardir. Uca Allah öz
hikməti ilə məsləhət görür ki, analar öz övladlarına iki il süd
versinlər. Bu, uşağın həm sağlamlığına, həm də ruhiyyəsinə və
düşüncəsinə müsbət təsir edir. Süd vermənin kamil müddəti iki
ildir. Bu gün təbabət də deyir ki, süd vermə üçün ən yaxşı
müddət iki ildlr.
Rəsuli-Əkrəm (s) buyurmuşdur: “Uşaq üçün ananın südündən
1
yaxşı bir süd ola bilməz.” Deməli, həm Allah Təala, həm də
Allah Rəsulu (s) ana südünü məsləhət bilirlər, bu çox mühüm
məsələdir.
Həzrət Rəsulullah (s) buyurur ki, “axmaq və səfeh qadınların
südünü övladlarınıza verməyin”. Diqqət etməliyik, şəriətimizin
sahibi bizə nə məsləhət görür. Burada söhbət hələ ana
südündən gedir, hansı ki, süni qidalarla müqayisə etmək belə
düzgün olmazdı.
Uşaq hüququ müstəvisində körpəyə süd verən ana və dayənin
də maddi haqları ödənməlidir. Xərcin miqdarı ürfə (adət
ənənəyə) əsasən təyin olunmalıdır, imkan həddində və
bəyənilən miqdarda olmalıdır.
Vəzifə insanın güc və imkanına əsaslanır. Övlad valideyninə
zərər səbəbi olmamalıdır. Nə ana öz övladından, nə də ata öz
övladından mal baxımından, hüquqi baxımdan, məhəbbət və
atifə baxımından zərər görməməlidir.
Körpənin atası dünyadan getmiş də olsa, südvermə dövründə
ananın dolanışığı təmin olunmalıdır. Uşağın südəmər dövründə
ər və arvadın ixtilafı müdafiəsiz körpənin haqqının
tapdalanmasına bais olmamalıdır. Onlar bir birindən intiqam
1. “Nurus-səqəleyn» təfsiri, c. 1, s. 228