Page 49 - Islamic Studies 01
P. 49

,
               48) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               tərbiyə  metodları  barədə  yer  almış  surələrə  və  ayələrə
               yönəldək.
               Qurani-  Kərimin  Ənam  surəsinin  151-ci  ayəsində  buyurulur:
               “De ki, gəlin Rəbbinizin sizə haram buyurduqlarını deyim: Bir
               şeyi Ona şərik qoşmayın, ata-anaya yaxşılıq edin, övladlarınızı
               yoxsulluq  səbəbindən  öldürməyin.  Sizə  və  onlara  ruzi  verən
               Bizik.  İstər  aşkar,  istər  gizli,  çirkin  işlərə  yaxınlaşmayın.

               Allahın    (öldürməyi)  haram  etdiyi  insanı  nahaqdan
               öldürməyin.  Allahın  sizə  tövsiyə  etdiyi  bunlardır.  Olsun  ki,
               düşünəsiniz.”
               Bu  ayədəki  beş  göstəriş  bir-birinə  o  qədər  bağlıdır  ki,  sanki
               vahid  bir  göstərişdir.  Ayədəki  göstərişlər  qadağalardan
               ibarətdir.  Yalnız  ata-anaya  yaxşılıq  əmr  kimi  bəyan  olunur.
               Yəni nəinki “incitməyin”, əksinə “ehsan edin”. Əvvəlcə tövhid
               və  şirkdən  çəkinmə      məsələsinə  toxunulur,  sonra  valideynə
               yaxşılıq  məsələsi  təqdim  olunur.  Belə  ki,  yaranışda  ilkin
               Allahdır, sonra ata-ana. Bu ayə həmçinin haramları sadalayır
               və  valideynə  ehsanın  tərk  olunmasının  haram  olduğunu
               bildirir. Yoxsulluq qorxusundan övladı öldürmək və ya abort
               (siqt) etmək cahilanə əməldir. Əgər Allah ruziyə zamindirsə,
               nə üçün yoxsulluqdan qorxmalıyıq? Pis işlərin qadağa səbəbi
               insanların  təkamül  və  tərbiyəsidir.  Bəzi  günahlar  o  qədər
               təhlükəlidir ki, onlara yaxın da getmək olmaz.
               Oxşar  ayə  İsra  surəsinin  31-ci  ayəsində  gəlmişdir.  Ayədə
               deyilir:  “Və  yoxsulluqdan  qorxub  övladlarınızı  öldürməyin.
               Biz  onların  da,  sizin  də  ruzinizi  veririk.  Onları  öldürmək
               həqiqətən  böyük  günahdır.”  Öncəki  ayədə                 övladların
               yoxsulluq səbəbindən öldürüldüyü barədə danışılır. Bu ayədə
               isə  yoxsulluq  qorxusu  önə  çəkilir.  Qorxu  və  həyəcan  çox
               olduğundan  Allah öncə övladı, sonra valideyni sığortalayır və
                                                        1
               mümkün həyəcanı azaltmaq istəyir.  Bu fərqin səbəbi aclığın

               1. “Təfsiri-Furqan”, c. 1. səh. 21
   44   45   46   47   48   49   50   51   52   53   54